"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Bakı-Ağstafa-Qazax qatarının hərəkətində baş verən gecikməyə münasibət bildirib.
Mynews.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova Trend-ə faktı təsdiqləyib: "Qatarın gecikməsinə səbəb hava şəraiti ilə bağlı sürətin azaldılması olub. Nəticədə qatar 1 saat gecikib. Sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün qatarın sürəti azaldılıb. Başqa heç bir problem yoxdur".
Xatırladaq ki, fevralın 18-i saat 23:50-də Bakıdan Ağstafa istiqamətinə hərəkət edən sərnişin qatarı hava şəraiti ilə əlaqədar gecikib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub