Müğənni Rüfət Axundov gündəmdə qalmaq naminə süni qalmaqallar yaradan həmkarlarını yıxıb-sürüyüb.
Mynews.az Yenicag.az-a istinadən xəbər verir ki, müğənni onsuz da xalqı aldatmağın mümkün olmadığını bildirib:“Efirlərdə bu sözdən çox istifadə olunur ki, xalqın gözü tərəzidir. Düzdür, istər sosial şəbəkə olsun, istər efir, xalq yaxşı bilir kim sünidir, kim səmimi. Bunu dərhal ayırd edirlər. Sosial şəbəkədə bir foto paylaş, kim sünidirsə, dərhal altından rəy yazıb bunu bildirəcəklər. Lap elə burda üçümüz-dördümüz bir foto paylaşaq, kim sünidirsə, altından dərhal yazacaqlar ki, o niyə dodağına boya çəkmişdi, yalandan gülümsəyirdi. Yaxud da yazacaqlar ki, nə yemisən, dişinizdə göyərti var. Kim yalandan burnun çəkir, yalandan gülümsəyir, deyir ki, xəstəyəm, qripəm-bunların hamısını yalan deyir”. Qeyd edək ki, Rüfət Axundov bu sözləri qonaq olduğu “Nahara qədər” verilişinin çəkilişi zamanı deyib.
Veriliş bu gün Space kanalında saat 12:30-da əməkdar artist Sevinc Əliyeva və Şəbnəm Turanın təqdimatında yayımlanacaq.
Verilişin informasiya dəstəkçisi Yenicag.az saytıdır.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub