İsmayıllının Buynuz kəndində sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus bağ evində baş verən yanğının ilkin səbəbləri məlum olub.
Mynews.az-ın məlumatına görə, kəndin icra nümayəndəsi Gülzar Şirəliyeva AzVision.az-a bildirib ki, yanğına evi isitmək üçün istifadə olunan soba səbəb olub.
İcra nümayəndəsinin sözlərinə görə, yanğın olan evdə gözətçi qalırmış: “Yanan evdə Ziya Məmmədovun bağına baxan gözətçi qalırdı. Sabiq nazirin kəndə gələndə qaldığı ev həmin həyətdə bir qədər aralıdadır. Yanan ev gözətçi üçün nəzərdə tutulmuşdu. Məndə olan məluma görə, evə quraşdırılan soba işıqla işləyib. Elektrik enerjisi kəsildiyindən sobada odun yandırıblar. Sobadan çıxan qığılcım evi yandırıb. Ev taxtadan hazırlandığından tamamilə yanıb, içəridən heç nə çıxarmaq olmayıb”
Qeyd edək ki, bu gün səhər saatlarında İsmayıllının Buynuz kəndində ümumi sahəsi 144 kvadratmetr olan 3 otaqlı evdə yanğın baş verib. Evin sabiq nəqliyyat naziri Ziya məmmədova məxsus olduğu üzə çıxıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub