Milli (MM) Məclisin Əmək və sosial siyasət komitəsinin fevralın 20-də keçirilən iclasında “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi müzakirə edilib.
Mynews.az-ın xəbərinə görə, layihədə qanunun 7.0.1-ci maddəsində “dövlət qulluğunda xidmət illərinin minimum həddinə (5 il)” sözləri “dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il)” sözləri ilə əvəz edilməsi təklif edilir.
Bununla da, “Dövlət qulluğu haqqında” qanuna əsasən inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda dövlət qulluqçularına ömürlük müavinət təyin edilir.
Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə, dövlət qulluqçularına ömürlük müavinət - “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğunda xidmət illərinin minimum həddinə (5 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda təyin edilir.
Qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub