Əməkdar artist Abbas Bağırovun qanuna zidd olaraq azyaşlını qabaq oturacaqda əyləşdirərək (üstəlik, kəmər bağlamadan – red.) videosu yayılıb.
Bu görüntü sosial şəbəkədə müzakirələrə səbəb olub. Hər kəs Abbası buna görə kəskin tənqid edib. Məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxladıq.
Yenicag.az-a açıqlama verən şöbə rəisinin hadisəyə münasibəti belə olub:
“Mən bu məsələni araşdıracam. Azyaşlının xüsusi oturacaq olmadan avtomobilin qabaq oturacağında əyləşməsi inzibati xətadır. Qəfildən əyləcə basıldığı zaman uşağın alnı şüşəyə dəyər və ağır xəsarətlə nəticələnə bilər. Mən o videogörüntünü nəzərdən keçirəcəm. Əgər deyildiyi kimi, belə bir inzibati xətaya yol verilibsə, məsələ araşdırılacaq, həmin şəxs kimliyindən asılı olmayaraq, qanun qarşısında cəzalandırılacaq”. V.Əsədov son vaxtlar bu cür hadisələrə tez-tez rast gəlindiyini bildirib:
“Bu yaxınlarda bir hadisənin şahidi oldum, musiqiçi əlini sükandan çəkərək klarnet çalırdı. Kəmər bağlamayan, yanında uşaq otuzduran insanlar hələ bir bunu çəkib, sosial şəbəkədə də paylaşırlar”.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub