Yoluxucu xəstəliklərdən biri də qripdir.
Metbuat.az xəbər verir ki, bu xəstəlik əsasən qışda daha çox özünü göstərir. Xəstəliyin müddəti normal vəziyyətdə 7 günə yaxındır.
Xalq təbabəti ilə bu xəstəlikdən tez bir vaxtda sağalmağın asan üsulunu təqdim edirik:
Ləvazimatlar:
50 mln. qaynar su
1 qaşıq darçın
1 qaşıq istiot
1 qaşıq zəncəfil
Bal
Limon
Hazırlanma qaydası:
Qaynar suyun içərisinə toz materiallarını atıb qarışdırın
Zəncəfil və limonu ələyin içində isti suya qoyub bir müddət gözlədin. Limon 1 dilim olmalıdır.
Sonra isə qarışıma 1 qaşıq bal əlavə edin.
Bütün materialları qarışdırıb bir neçə dəqiqə gözlədikdən sonra için.