Səhiyyə Nazirliyi tərəfindən 4 övlad anası olan Vlənaz Hüseynovanın baxımsız vəziyyətdə qalması və əməliyat üçün 500 manat rüşvət tələb olunması məsələsinə aydınlıq gətirilib.
Mynews.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Sonxeber.az-a açıqlamasında bildirib ki, həkimlər Hüseynova Vlənazın əməliyyata ehtiyacı olmadığını deyib.
Onun sözlərinə görə, H. Vlənaz nəzarət altında saxlanılır:
"Xəstəyə yumurtalığın kistası diaqnozu qoyulub. Lakin, şiş kiçik olduğundan həkim xəstəyə resept yazaraq evə buraxıb. H. Vlənaz əməliyyat yox müalicə lazımdı.Ona lazımi yardım göstəriləcək. Əməliyyata göstəriş olmayıb". - deyə S.Əhmədova bildirib.
Qeyd edək ki, mətbuatda Lənkəran rayonu Günəhir kənd sakini Elbəy Hüseynovun həyat yoldaşı Hüseynova Vlənaz Sərdar qızına Lənkəran Rayon Mərkəzi Xəstəxanasının həkimləri tərəfindən laqeydlik göstərilməsi ilə bağlı məlumat yayılıb. Elbəy Hüseynov dünən gecə saatlarında vəziyyəti ağırlaşan həyat yoldaşını xəsətxanaya aparsa da həkimlərin ondan əməliyyat üçün 5 yüz manat pul tələb etdiklərini deyib.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub