ATV-nin keçmiş prezidentinə şok ittiham 1 milyon manat…

818
ATV-nin keçmiş prezidentinə şok ittiham 1 milyon manat…

ATV-nin keçmiş prezidenti iş adamı Tağı İbrahimov mənimsənilmədə günahlandırılır. 42 vətəndaş dövlət başçısına şikayət edərək Tağı İbrahimovun onların 1 milyondan çox pulunu mənimsədiyini bildirib.

Yeni Yasamalda tikintisi dayanmış yaşayış kompleksində mənzil almaq üçün pul ödəmiş şəxslərdən bir qrupu Bizim Yol-a müraciət edib. Onlar Prezident İlham Əliyevə “Qlobal-SF” MMC-nin qanunsuz əməllərindən şikayətlərini bildirib. Məktubda yazılır ki, yaşayış kompleksinin tikintisi artıq 10 ildən çoxdur dayandırılıb: “ATV kanalının keçmiş prezidenti Tağı İbrahimovun tikməli olduğu binada 2008-ci ildən bəri mənzillər satılır, ancaq tikinti getmir. 2013-cü ildə bu kompleksdə işlər dayanıb. “Qlobal-SF” MMC-nin satış müdirləri Ramin, Vasif, Əmrah İbrahimovlar mənzil alanlara həmişə deyiblər ki, bu binanı Tağı İbrahimov inşa edir, bir ilə təhvil veriləcək. Ancaq bu vədlərə əməl olunmadı. Əksinə Tağı İbrahimov məsuliyyətdən özünü yayındırmaq üçün təsəsçisi olduğu “İbra Holding” MMC-ni və satış müdiri, öz bacısı oğlu Əmrah İbrahimovu “Qlobal-SF” MMC-nin təsisçiliyindən çıxararaq fırıldaq işlətdi, heç nəyi olmayan əmisi oğlu Həmid İbrahimovu “Qlobal-SF” MMC-nin 100 faiz paya sahibi və tək təsisçisi etməklə mənzil alanların haqlı tələbini qulaqardına vurdu”.

Mənzil alanlar yazır ki, bu problem 2015-ci ildə ANS, ATV, Xəzər TV kanallarında işıqlandırılsa da, heç bir faydası olmayıb. Sakinlərin yazdığına görə, Tağı İbrahimov, eləcə də, onun ətrafındakı qohumları mənzil almaq istəyənlərin 1 milyon manatdan çox pulunu mənimsəyib.

Yeni Yasamal

Xatırladaq ki, Tağı İbrahimov ATV kanalının keçmiş prezidentidir. Onun başqa qardaşları da tikinti biznesi ilə məşğuldur. Hacı İbrahim Nehrəmli qalmaqallı “Avesta” Şirkətlər Qrupunun, Sahib İbrahimov isə “Galaxy Palace” MMC-nin sahibidirlər. Hər üç qardaşın tikinti layihələri ilə bağlı narazılıqlar var. Bu iş adamlarının daha bir qardaşı – Nazim İbrahimov isə Diasporla İş Üzrə Dövlət Komitəsinin sədridir. Ancaq Bizim Yol-un əldə etdiyi məlumata görə, Nazim İbrahimov öz qardaşlarının iş həyatına qarışmır və bu qalmaqallardan kənarda durmağa çalışır.

Məsələ ilə bağlı “Bizim Yol” ATV-nin keçmiş prezidenti, iş adamı Tağı İbrahimovla əlaqə saxlayıb.O saytımıza açıqlamasında tikintinin FHN-i tərəfindən dayandırıldığı və qıssa müddətdə tikintinin yekunlaşrırılacağını bildirib.
“Mən ora 20 milyon pul qoymuşam. Ağlım başımdan getməyib ki, mən tikintini dayandıram. Sadəcə Nazirlər Kabinetinin əvəlki qərarı ilə biz tikinti etmişik, indi də qaydalar dəyişib. Bu səbəblə FHN-də haqlı olaraq tikintini saxlayıb. Bu gün bu məsələ ilə bağlı şəxsən qəbulda olmuşam və məsələ həllini tapıb.Biz orda yüksəklik çox oluğu üçün bərkitmə işləri aparmalıyıq.Bunun üçün də müvafiq idarədən rəy alınmalıdı.Biz bərkitmə işlərini edəcəyik, onlar da rəy verəcək və biz tikintini yekunlaşdıracayıq.”

İş adamı daha sonra tikintinin 2013-cü ildən dayandırılması və sakinlərin 1 milyona yaxın pulunun mənimsəniməsi xəbərinin doğru olmadığını bildirib.

“Tikinti orda 6 aydı dayanıb. O da dediyim məsələ ilə bağlı ordan rəy aldıqdan sonra, tam yekunlaşacaq.Artıq bizə icazə verilib. Ara divarlarda və lazimi yerlərdə bərkitməyə sabahdan başlayacayıq.”

“Qaldı ki, orda mənimsənilmədən söhbət gedə bilməz.Orda hər sakin xırda pular ödəyib.Hec kimə ev satılmayıb.Tam hazır olduqdan sonra satılacaq. Heç bir şəxs narahat olmasın, tezliklə yikinti yekunlaşacaq.”

Xəbər lenti