Tanınmış avtoritet Rövşən Lənkəranski ilə bağlı yazılarımız oxucuların marağına səbəb olduğundan biz də silsilə yazılarımıza davam edirik.
Mynews.az xəbər verir ki, moderator.az bu dəfə sizə Lənkəranskinin atasının qatilini məhkəmədə hansı sözə görə güllələdiyi barədə məlumat verəcək. Bu vaxta qədər bununla bağlı müxtəlif versiyalar irəli sürülsə də, əlimizdə olan istintaq materiallarından sonra məlum olur ki, əslində deyilənlərin heç biri həqiqəti əks etdirmir. Bəs onda Lənkəranski atasının qatilini məhkəmədə hansı sözə görə güllələyib?!
Rövşən Canıyev (Lənkəranski) Lənkəranda çox tanınmış bir nəsildən olan Eynəli kişinin nəvəsidir. Bu kişi oğlu Rafiqin qətlindən sonra çox yaşamayıb. Heç kəsin gözləmədiyi bir gündə vəfat edib. Bir müddət Lənkəranın Kiçik Bazarında Canıyevlər məhəlləsində toy-düyün yığışdırılıb. Canıyevlər məhəlləsi Kiçik Bazarda o qədər də geniş olmayan məhəllə olmasa da, günahsız qətlə yetirilmiş Rafiq Canıyevdən sonra daha üzgün və qaşqabaqlı görünürdü. Canıyevlər məhəlləsi Kiçik Bazarda Müdriklər məhəlləsi də adlanıb.
1992-ci ilin 21 may tarixində Rövşən Lənkəranskinin atası Rafiq kişi qətlə yetiriləndə Lənkəranda sanki tufan qopdu. Xəzər dənizi bir gecədə təqribən yarım metr qalxdı, ətraf kəndlər, o cümlədən onun atasına əl qaldıran, onu günahı olmadan öldürən kənd sakinin (Şahağaclı Quliyevlərin) yurd-yuvası viran qaldı, kəndləri sel apardı, evlər su altında qaldı. Lənkəran tarixini yazan Axund Əlinin qeydlərinə istinadən Rövşən Lənkəranskinin ata babasının ölüm günü də Lənkəranda öz-özünə meşələr od tutub, yanırdı. Hər yerə ildırım düşüb, kişinin həyət-bacası, bağ-bağatı ildırımdan yanırdı. Ən dəhşətlisi bu idi ki, Rövşən Lənkəranskinin ata babasını öldürən adamı ailəsi ilə birgə ildırım yandırıb, külə döndərib.
Rövşən Rafiq oğlu Canıyev (Rövşən Lənkəranski) 1975-ci il yanvarın 27-də Lənkəran şəhəri, T.İsmayılov küçəsi, ev 26-da anadan olub. İlk dəfə həbsxanaya 1996-cı ildə düşüb. Rövşən 17 yaşında olarkən, atası Quliyev adlı kriminal “avtoritet” tərəfindən öldürülüb. Hadisə 1992-ci ilin may ayının 21-də baş verib. İstintaqdan gizlənən Quliyev yalnız 1996-cı ildə polis tərəfindən həbs edilərək, məhkəmə qarşısına çıxarılıb. Hakim müttəhimə son dəfə söz verib. Quliyev son söz söyləyərkən bu cümləni işlədib: “Həbsdən çıxdıqdan sonra Canıyevlər ailəsinin bütün qohum-əqrabasını məhv edəcəm”. Bu söz elə Quliyevin ağzında qalıb, məhkəmə zalında əyləşən 21 yaşlı Rövşən cibindən çıxardığı tapançayla Quliyevə dörd dəfə atəş ataçaraq onu güllələyib. Quliyev məhkəmə zalında keçinib.
Bu hadisədən sonra Rövşən həbs edilib. Prokuror ona 12 il həbs cəzası istəsə də, hakim onun cinayət törətdiyi vaxt affekt vəziyyətdə olduğunu, gəncliyini və təqsirini səmimiyyətlə etiraf etdiyini nəzərə alaraq, onu cəmi 2 il müddətinə cəzalandırmaq haqqında qərar çıxarıb. İki il həbsdə qaldıqdan sonra Rövşən artıq gələcək həyatının hansı yolla davam edəcəyini qət edir. Bununla da onun kriminal aləmdə ilk fəaliyyəti başlayır.