Piyadalar tərəfindən yol-hərəkəti qaydalarının pozulmasına görə cərimə 20 manatdır.
Lakin bu məbləğ vaxtında ödənilməzsə, sonradan ciddi problemlərə səbəb ola bilər.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən yol hərəkəti üzrə ekspert Ərşad Hüqeynov bildirib ki, qanun qüvvəyə mindikdən 1 ay sonra icra olunmazsa, üzərinə faiz gəlir:
“Məbləğ yalnız 60% artıb 32 manat ola bilər. Cərimə artdıqdan sonra yenə də icra olunmursa, İcra Haqqında Qanuna uyğun olaraq, Dövlət Yol Polisi işi icra məmurlarına yönləndirir. Düzdür, İnzibati Xətalar məcəlləsində yazılıb ki, həmin adamın işlədiyi iş yerə, pensiyaçıdırsa, pensiya verən orqana, tələbədirsə, təqaüd aldığı yerə göndərilir. Amma məhkəmə qərarı olmadan bu proses həyata keçirilə bilməz. Ona görə də, proses icra məmurlarına yönləndirilməlidir. İcra məmurları həmin şəxsləri çağırıb xəbərdarlıq edirlər. Bu zaman həmin şəxsin hesabından pul varsa, tutula, əmlakı siyahıya alına bilər. Amma məbləğ az olduğundan çox vaxt bu proseslər həyata keçirilmir. Qanunu pozan şəxs xəbərdarlıqdan dərhal sonra cəriməsini ödəyir”.
Qeyd edək ki, cərimə ödənilmədiyi təqdirdə həmin şəxsin ölkədən çıxışına qadağa qoyulur.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub