Bakının Binəqədi rayonunda 20 nəfər arasında kütləvi dava baş verib.
Hadisəyə Xocaəsən qəsəbəsindəki yaşayış evlərinin birindən qonşunun həyətinə su axması səbəb olub.
Davada xəsarət alan şəxslər "Report"a qonşuları tərəfindən döyüldüklərini bildiriblər.
Onların dediklərinə görə, fərdi yaşayış evində kirayə qalan 25 yaşlı Səfər Səfərov öz ad gününü qeyd etmək üçün bacılarını ailəvi öz evinə qonaq çağırıb. Qonaqlıq zamanı qonşuluqda yaşayan yaşlı kişi S.Səfərovgilə gələrək bildirib ki, onun həyətindəki çən su buraxır və nəticədə həmin su onların həyətinə axır. S.Səfərov problemi həll edəcəyinə söz versə də, qonşusunun kobud davranışı ilə üzləşib. Daha sonra adı hazırda məlum olmayan həmin yaşlı şəxs ətrafına təqribən 15-20 nəfər yığaraq S.Səfərovun yaşadığı evə gəlib və tərəflər arasında dava düşüb. Kütləvi dava zamanı evdə qonaq olan Türkiyə vətəndaşı Səlçuk Yoldəmir, 6 aylıq hamilə olan Sevinc Yoldəmir və S.Səfərov döyülərək müxtəlif bədən xəsarətləri alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Zərərçəkənlərdən Türkiyə vətəndaşı S.Yoldəmir hadisə ilə bağlı mənsub olduğu ölkənin səfirliyinə məlumat verib.
Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən iki nəfəri saxlayıblar.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub