Bakıda və Abşeron yarımadasında fevralın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 7-11, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində - 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında fevralın 24-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Zəif şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, fevralın 24-25-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.
1
Novruzun ilk çərşənbəsinin tarixi
1154 dəfə oxunub
2
"Qurban Qurbanovun davranışını mən təkrarlaya bilməzdim"
1154 dəfə oxunub
3
Türkdilli erməni qız hər kəsi şoka saldı - VİDEO
1135 dəfə oxunub
4
"TikTok"da özünü hüquqşünas kimi təqdim edən şəxs həbs olundu
1108 dəfə oxunub
5
Sabah su kəsiləcək - Bu ərazilərdə
1099 dəfə oxunub