Bakıda qeydiyyatsız yaşayan sakinlərin çoxluğu, əhalinin Bakıya axını uşaqların məktəblərdə rahat yerləşdirilməsi prosesində problemlər yaradır.
Mynews.az bildirir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.
Onun sözlərinə görə, bəzi məktəblərə valideyn müraciəti çox olduğundan həmin məktəblərə ərazi prinsipi tətbiq edilir. Yəni qəbul zamanı daha çox həmin ərazidə yaşayanların övladlarının oxumasına üstünlük verilir.
Məhəbbət Vəliyeva həmçinin onu da qeyd edib ki, bu il Bakı məktəblərinin birinci sinfinə təxminən 46 min uşağın qəbulu gözlənilir. Onların yarıdan çoxu məktəbəhazırlıq təlimlərində iştirak etdiyindən avtomatik olaraq birinci sinifə qəbul olunublar.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri onu da vurğulayıb ki, qeydiyyat məsələlərində hər hansı bir problemlə qarşılaşan valideynlər ilk olaraq alternativ komissiyalara müraciət etsinlər, problem öz həllini tapmadıqda Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət edə bilərlər. /xezerxeber.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub