Türkiyənin tanınmış müğənnisi Mustafa Sandal boşanma ərəfəsində olan həyat yoldaşı Əminə Sandal ilə oğlunun 6 yaşını qeyd edəcəyini desə də, həmin gün orda ola bilməyib.
Mustafa Sandalın oğlunun ad günündə iştirak edə biməməsinin səbəbi sadəcə iş olub. Bununla bağlı jurnalistlərə açıqlama verən Əminə Sandal isə deyib ki, bəhanədir, biz tezliklə boşanacağımız o, ad gününə qatılmayıb.
Müğənninin həyat yoldaşı boşandıqdan sonra keçmiş sevgilisi ilə bir araya gələcəyi ilə bağlı söhbətlərə sərt reaksiya verib: "Boşandıqdan sonra soyadımı dəyişməyi planlaşdırıram. Lakin Marko Miskoviçlə adımın eyni hallanmasını istəmirəm. 14 yaşımdan bu günə kimi heç bir qalmaqalda adım hallanmayıb. İndi isə boşanma məsələsini fürsət etməyə çalışırlar. Mən Markonu 11 ildən çoxdur ki, görmürəm. Hazırda həyatımda heç kim yoxdur. Mustafa ilə ayrıldıqdan sonra isə uzun zaman həyatımda heç kimə yer verməyəcəm. Əsas məqsədim uşaqlarımla rahat və sakit həyat yaşamaqdır".
Qeyd edək ki, Mustafa Sandal və Əminə Sandal cütlüyünün 6 yaşlı oğlan övladları var.
Mətbuatda 2017-ci ilin dekabr ayında cütlüyün boşanacağı haqqında məlumat yayılıb. Boşanmaya səbəb isə Əminə Sandalın keçmiş sevgilisi Marko Miskoviç ilə hələ də münasibətdə olması deyilir.
Mənbə:publika