Azərbaycanın cənub bölgəsi olan Lənkəranda qeyri-adi saat ixtira edilib.
Mynews.az ARB TV-ə istinadən xəbər verir ki, Lənkəran sakini Şahin Baxşıyev əqrəblərin tərsinə (sağdan-sola) işləyən saat ixtira etdiyini iddia edib.
O, saatın mexanizmində bəzi çarxların yerini dəyişməklə bu nəticəni əldə edib. Saatsaz Şahin Baxşıyev bildirib ki, o yenilik axtarmaq üçün bu addımı atıb və nəticəsi onu da heyran edib:
“Düşündüm ki, qeyri-adi bir şey edib. Özüm saatsazam. İstəyirdim bir sat hazırlayım ki, hər kəsin diqqətini çəksin. Əlimdə olan ssatı təmir edən zaman bir neçə detalına dəyişiklik etdim və əksinə işləyən saat hazırladım”.
32 ildir saat təmiri ilə məşğul olan Şahin deyir ki, hazırda yeni və qeyri-adi işləyəcək qol saatı üzərində işləyir. Həmin saatında əksinə işləməsini planlaşdırır. Gələcəkdə bu cür saatların sayını çoxaldaraq şəxsi biznesini qurmağı planlaşdırır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub