INDEX - Azərbaycan İnsan Kapitalının İnkişafı Mərkəzi Xocalı Soyqırımının 26-cı ildönümünü anmaq məqsədi ilə "Xocalının səsi ol” adlı video çarx hazırlayıb.
Mynews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, video çarxın əsas məqsədi Xocalı Soyqırmını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq olub. Bu məqsədlə İstanbulda təhsil alan xarici tələbələr könüllü olaraq, bu layihədə iştirak edib və bu soyqırımın sadəcə Azərbaycana qarşı deyil, o cümlədən bütün insanlığa qarşı törədilmiş bir cinayət olduğunu vurğulayaraq Xocalının səsi olublar.
Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri silahsız və köməksiz Xocalı şəhərinə hücum etdiblər. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilib. Erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 (106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar) nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalıblar. 150 nəfərin taleyi hələ də məlum deyil. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirib.