Xocalıdakı vəhşiliklərə dünya ictimaiyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri “Facebook” hesabında Xocalı ilə bağlı paylaşım edən müğənni Mehin Hümbətova yazıb:
“Mənim atam 1992-ci ildə Ağdərədə şəhid olub. Nə qədər qəribə səslənsə də, hər dəfə Xocalıya aid kadrlara baxanda Allahıma min şükr edirəm ki, nə yaxşı o, əzabsız, mərdi-mərdanə vuruşaraq 14 güllə yarası ilə şəhid olub. Nifrət hissimi anlada biləcək nitqə sahib deyiləm...
Kadrların təsirindən boğazım düyünlənib...
Allahım, necə səssiz qalırsan bu zülmə?! O görüntülər əsrlərlə bizə lazım olacaq! Qarabağı geri alsaq belə, bu görüntüləri gələcək nəsilə ötürməliyik. Nəvə-nəticələrimiz də bilsinlər ki, tarix boyu soyumuza hansı əzabları yaşadıblar!”
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub