Onlar hazırda İ. Vəliyevə zəng çatmadığını bildiriblər. Bəziləri jurnalistin döyüldüyünü iddia edirlər. Jurnalistin Ağdam polisi tərəfindən saxlanıldığını da yayılan xəbərlər içərisindədir.
Bakipost.azməsələ ilə bağlı Ağdam rayon Polis Şöbəsi ilə əlaqə saxlayıb. Şöbədən bildirilib ki, İlqar Vəliyev adda bir şəxs saxlanılmayıb: "Bizə səhər saat 10:00-dan bununla bağlı zənglər gəlir. Amma bizdə bu adda adam yoxdur. İlqar Vəliyev adlı vətəndaşı saxlamamışıq”.
İlqar Vəliyev bir neçə mətbuat orqanında çalışıb, hazırda onun Azadlıq Radiosu ilə əməkdaşlıq edir.