Tibb elmləri namizədi Rəşid Mahmudov pensiya yaşının artırılması ilə bağlı Hadi Rəcəblinin fikrinə sərt cavab verib.
Mynews.az-ın "Yeni Avaz"a istinadən verdiyi xəbərdə bildirilir ki, Rəşid Mahmudov deputat Hadi Rəcəbliyə səsləndirdiyi fikirlə bağlı sərt reaksiya verib.
"Hadi Rəcəbli yenə də əhalinin əleyhinə danışmağa başlayıb. Onun cavabını vermişəm. Belə şeylər ayıbdı. Millətin əksinə getmək olmaz. Bunlar necə deputatdırlar? Milləti məhvə doğru aparırlar. Hadi Rəcəbli qeyd edib ki, insanlara 12 ildən artıq pensiya vermək olmaz. Nə üçün vermək olmur. Biri 66 yaşında öləcək, biri 67, biri 68, biri 70. Sən insana 12 il pensiya verməlisən. Vermirsən axı onu. Azərbaycanda orta yaş 59-dur. Mən həkiməm, sən kimə deyirsən bunları. Onlar hər vəclə intəyirlər ki, bu insanları yazıq eləsinlər. Dedilər ki, qazı artırırıq kasıblara təsiri olmayacaq. Mən dedim ki, bəs axı çörək qazla bişir, o necə olacaq? Onda da ya çörəyin çəkisini azaldırlar ya da qiymətini artırırlar. Bunlar düzgün hərəkət deyil. 65 yaşdan sonra insanların hamısı 12 il yaşayırmı? Otra rəqəm götürülməlidir. Bütün dünyada ölkələrinin deputatları çalışırlar ki, öz ölkə əhalisinə kömək etsin. Bizimkilər isə hamısını tərsinə edirlər. Ayıbdır. "
Xatırladaq ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsi fevralın 28-də «Əmək pensiyaları haqqında» Qanuna təklif olunan dəyişiklikləri müzakirə etmişdi. Pensiya qanununa 98 dəyişiklik təklif edilir.
Dəyişikliklər, əsasən, pensiya yaşının və pensiyaya çıxmaqdan ötrü iş stajlarının artırılması ilə bağlıdır.
Mövcud qanuna görə, kişilər 63, qadınlar isə 60 yaşında pensiyaya çıxır. İndi bu yaş həddini 65-ə qaldırırlar. Üstəlik, Azərbaycanda orta ömür həddi ilə bağlı rəsmən açıqlanan rəqəmlərə ciddi şübhələr var.Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli «Əmək pensiyaları haqqında» Qanuna pensiya yaşının artırılması ilə bağlı təklif olunan dəyişiklikləri «Qafqazinfo»ya şərh edərkən belə deyib.
Deputat deyib ki, müəllimlər, həkimlər onlarla qırğın edirlər ki, «gümrahıq, işləyə bilərik. Amma siz bizi pensiyaya çıxardırsınız».
O, həmçinin qeyd edib ki, pensiyaçı qadınların dünyadan köçmə yaşı statistikaya əsasən, 78.5 ildir.