Fevral ayının da başa çatmasına baxmayaraq hələ də paytaxda qar yağmayıb. Ölkə alimləri isə bunu ən müxtəlif səbəblərlə izah edirlər. Bəs başlıca səbəb hansıdır? Milli Elmlər Akademiyasının Corğafiya İnstitutu məsələyə aydınlıq gətirib.
Bakıya qar yağmamasının əsas səbəbləri məlum oldu.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənovun sözlərinə görə, bu günə qədər qar yağmamasının səbəblərindən biri iqlim dəyişmələri ilə bağlıdır. Bu Azərbaycan da daxil olmaqla əksər ölkələrdə özünü büruzə verir.
Məhərrəm Həsənov bildirir ki, son illər İnstitutun əməkdaşları tərəfindən aparılan araşdırmalar onu göstərib ki, respublikanın bütün ərazisində havanın orta temperaturu 0,3-0,9 dərəcə yüksəlib.Bu da qarın yağmamasının səbələrinə daxil olan amillərdəndir.
Qlobal istiləşmənin olması və iqlim dəyişkənliyi yer kürəsində, eləcədə Azərbaycanda bir sıra porblemlərdə yarada bilir.Xüsusən də bu proseslərin baş verməsi nəticəsində qar yağmır ki, bu da insan sağlamlığına mənfi təsir göstərməklə yanaşı, dağlıq ərzilərdə su ehtiyatının azalmasına da səbəb olur.
Qeyd edək ki, iqlim dəyişkənliyi müasir günümüzdə dünyanı maraqlandıran məsələlərdəndir.Bunun üçün də müxtəlif vaxtlarda bu problemin aradan qaldırlıması istiqamətində dünya ölkələri samitlər keçirərək müxtəlif təkliflərlə çıxış edirlər.