Ötən gün fevralın 27-də “ Ədalət və Demokratiya naminə Avropa Erməni Federasiyası”nın Brüsseldə, Avropa Parlamentində keçirdiyi tədbir zamanı zala daxil olan azərbaycanlı tələbələr bu təşkilatın rəhbəri Kaspar Karampetyanı rüsvay ediblər. Virtualaz.org xəbər verir ki, tədbir zamanı zala azərbaycanlı fəallardan ibarət iki qrup daxil olub. Birinci qrup iclas zamanı moderatorlara Xocalı soyqırımı barədə kəskin suallar veriblər, çıxışçılar bu suallara cavab tapa bilməyiblər.
Daha sonra əllərində “Justice for Xojalı” plakatları tutmuş ikinci qrup zala daxil olub. Bu zaman ermənilər azərbaycanlı gənclərin əllərindən plakatları almaq üçün onlara hücum ediblər. Lakin buna müvəffəq olmayıblar, azərbaycanlı gənclər “Xocalı” şüarları səsləndirərək zalı tərk etməyiblər. Nəticədə ermənilər tədbirin Facebook üzərindən canlı yayımını dayandırmalı olublar.
Tədbirin moderatorlarından biri, “Daşnaksütun” lideri Kiro Manoyan baş verənlərdən çox pərt olub və özünü itirib. EAFJD rəhbəri Kaspar Karampetyan isə Avropa Parlamentinin mühafizə xidmətinə müraciət edərək azərbaycanlıları zaldan kənarlaşdırmağa çağırıb.


Habelə tədbirin ortalarında ermənilərin köhnə dostları Yelena Teoxrus, Tatyana Zdanoka, Frank Engel (özünün erməni arvadı ilə birlikdə) də gəliblər. Bundan sonra ermənilər azərbaycanlıların yenidən gələ biləcəyindən ethiyat edərək zalın bütün girişlərinə mühafizə yerləşdiriblər.
Xatırladaq ki, Azərbaycan Baş prokurorluğu EAFJD rəhbəri Kaspar Karampetyan barədə ölkənin ərazi bütövlüyünə və suverenliyinə qarşı açıq çağırışlara, dövlət sərhədini qanunsuz keçməyə görə cinayət işi qaldırıb. Karampetyan barəsində beynəlxalq axtarış elan edilib.
Bundan əvvəl isə haqqin.az və virtualaz.org saytları Karampetyanın cinayətkar fəaliyyəti barədə araşdırma dərc etmişdi. Həmin araşdırmaya görə Karampetyanın belçikalı vəkili müəllif Eynulla Fətullayevi “böhtana görə cinayət məsuliyyəti” ilə hədələyir.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub