Ağcabədidə 21 yaşlı qızın qaçırılması ilə bağlı bəzi məqamlar məlum olub.
Mynews.az AzNews.az-a istinadən xəbər verir ki, qaçırılan 21 yaşlı Sevinc Musayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının 4-cü kurs tələbəsidir. Hadisənin şahidləri sayta deyib:
“Onlar Laçın rayon sakinləridir. Rayon işğal olunandan sonra Ağcabədidə məskunlaşıblar. Ailənin 4 qızı var, ikisi ailə qurub. Çox kasıbdırlar. Ataları rəhmətə gedib. Ailə bütünlüklə analarının öhdəsindədir.
Qızı, məktəbdən gələrkən qaçırıblar. Mindiyi maşının şüşələrini qırıq-qırıq edərək, qızı ordan çıxarıblar. Yəni belə vəhşilik ediblər. Qızı aparanlar İsmayıllı rayonunda yaşayan Laçın sakinidir. Qız da oğlanı sevmir – ən dəhşətlisi budur…”
Qeyd edək ki, Ağcabədi rayonunda 21 yaşlı tələbə qaçırılıb. Hadisə, qız dərsdən evə qayıdarkən baş verib. 7 nəfər oğlan avtomobilin şüşələrini sındıraraq qızı maşından çıxarıb.
21 yaşlı Sevinc Musayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının 4-cü kurs tələbəsidir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub