Azərbaycan vətəndaşlarına “ASAN xidmət” mərkəzləri tərəfindən viza verilməsi üçün “ASAN Viza” - 2 konsepsiyası hazırlanıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.
“Hazırda müvafiq qurumlarla danışıqlar aparırıq. Pilot layihə çərçivəsində bir neçə səfirliklə əməkdaşlıq əlaqəsi qurulacaq.
Əməkdaşlıq qurulduqdan sonra Azərbaycan vətəndaşları daha rahat formada istədikləri ölkəyə viza əldə edə biləcəklər. Hələ danışıqlar gedir. Danışıqlar yekunlaşandan sonra konkret zaman müəyyən olunacaq”, - deyə Dövlət Agentliyinin sədri bildirib.
Qeyd edək ki, hazırda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemi vasitəsilə qeyri-iş və bayram günlərindən asılı olmayaraq, elektron vizaların üç saat ərzində alınması üçün müraciət edə bilərlər.
“ASAN Viza” sistemi Azərbaycan Respublikası prezidentinin 2016-cı il 1 iyun tarixli, 923 saylı “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Fərmanı ilə yaradılıb.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub