Xalq artisti, tanınmış aktyor Yasin Qarayev tədbirlərin birinə nəvəsi ilə qatılıb.
Fotokameramıza poz verən baba ilə nəvənin adları da həmqafiyədir.
Mynews.az xəbər verir ki, Yenicag.az-a açıqlama verən aktyor nəvəsi ilə nəfəs aldığını və bütün var-dövlətini ona miras qoyacağını deyib:
“Rasim yeganə övladım Rövşənin oğludur. Adımız da həmqafiyədir -Yasin, Rasim. Rasim 8-ci sinifdə oxuyur. Qabiliyyətli uşaqdır, gələcəkdə aktyor olmaq istəsə, etiraz etmərəm. Amma hələ ki, belə bir arzusu yoxdur. Bununla belə, deyir ki, baba, gələcəkdə mən də sənin kimi xalq artisti olacam. Nəvəmlə nəfəs alıram, çalışıram onun bütün istəklərini yerinə yetirim. Prezidentim mənə ev də verib. Evimi, avtomobilimi, hər şeyimi… nəyim var, nəvəmə verəcəm. O, mənim varisimdir”.
Onu da öyrəndik ki, xalq artistinin bir qız nəvəsi də var.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub