Lənkəranda evdən çıxaraq geri qayitmayan 1990-cı il təvəllüdlü Fərid Nazim oğlu Ağayev tapılıb.
APA-nın cənub bürosunun xəbərinə görə, F. Ağayev ailəsinə zəng vuraraq olduğu yer barədə məlumat verib, daha sonra isə evə qayıdıb.
F. Əliyevin hansı səbəbdən evdən getdiyi və bir neçə günü harada keçirdiyi açıqlanmayıb.
Qeyd edək ki, Tereşkova küçəsi, ev 14-də qeydiyyatda olan F. Əliyev fevralın 26-da axşam saatlarında çayxanaya getmək adı ilə evdən çıxıb və bu geri qayıtmayıb. Telefonuna zəng çatmadığından, yaxınları onunla əlaqə saxlaya bilməyiblər.
***
Lənkəran şəhər sakini itkin düşüb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, Lənkəran şəhəri Tereşkova küçəsi, ev 14-də qeydiyyatda olan 1990-cı il təvəllüdlü Fərid Nazim oğlu Ağayev fevralın 26-da axşam saatlarında çayxanaya getmək adı ilə evdən çıxıb, geri qayıtmayıb.
İki uşaq atası olan F. Ağayevin şəxsiyyət vəsiqəsini və digər əşyalarını da evdə qoyub.
Ailə üzvləri məsələ ilə bağlı polisə məlumat veriblər. F.Ağayevin işsiz olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub