2016-cı ilin sonlarında "Səni axtarıram"a müraciət edən pakistanlı ailə oğlan övladlarının Azərbaycandan Sevinc adlı qadın tərəfindən oğurlandığını demişdi.
Bu gün canlı yayımda Xoşqədəm Hidayətqızı axtarışlarının yekunlaşdığı və həqiqətən də pakistanlı ailənin uşağının qaçırıldığı faktını təsdiq edib.
Uşağı doğma ailəsinə qaytarmaq üçün pakistanlı tərəfin vəkili olan Şəfiqə Nağıyeva proqramda istəklərinə çatdığı xəbərini bildirib. Belə ki, Pakistan Ədliyyə Nazirliyindən gələn məktubda qadının uşağı qanunsuz yollarla Bakıya gətirdiyi təsdiqini tapıb.
Qeyd edək ki, pakistanlı kişi verilişdə fəhləliklə ailəsini dolandırdığını və Azərbaycana oğlunu axtarmağa gəlmək üçün evini satmaq məcburiyyətində qaldığını demişdi.
Verilişdən həmin kadrları təqdim edirik:
: milli.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub