Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib. Yanğın zamanı korpusda olan 34 nəfər təxliyə edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. 24 nəfərin külə dönmüş cəsədi Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Bürosuna gətirilib.
Mynews.az xəbər verir ki, Yenicag.az-ın Patoloji Anatomiya Bürosu önündə olan əməkdaşı ölənlərdən bir neçəsinin adını öyrənib. Onlar Nizami Sərhad oğlu Cavadov (38 yaş), İlham Xasməmmədov (60 yaş), Nurlan İsadur oğlu Quliyev (28 yaş), Qulam Qorxmaz oğlu Eyvazov(52 yaş), Akif Arif oğlu İmanovdur (29 yaş).
Eldəniz Cavadovun sözlərinə görə, qardaşı – 38 yaşlı Nizami Cavadov Narkoloji Mərkəzdə alkoqolizmdən müalicə olunurmuş.
“Səhər yanğın eşitdiyini öyrəndim. Tez həkiminə zəng etdim. Dedi, xəbərim yoxdur. Sonra da öyrəndim ki, sağ qalanlar arasında deyil. Biz də bura – morqa gəldik. Bədbəxt qardaşım cavan idi. İki uşağı yetim qaldı”, – deyə Eldəniz bildirib.
Nurlan Quliyevin doğmalarının dediyinə görə, o, 15 gün imiş ki, müalicə olunurmuş. Sabah evə buraxılacaqdı.
Kərim Əlövsət oğlu Sərkərov (29 yaş) və Ülfət Əli oğlu İsayevin (35-36 yaş) yaxınları isə hələ də onlardan xəbər ala bilmədiklərini deyiblər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub