Bu fikirləri “Ölkə.Az”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü olan deputat Zahid Oruc bildirib.
Z.Oruc deyib ki, bununla bağlı fikir söyləyən adamlar yanğın zamanı həlak olan insanların yaxınlarına daha çox zərbə vururlar:
“Mən həmin insanları bu cür yersiz fikirlərdən daşınmağa çağırıram. Çünki baş verən yanğın hadisəsi hər bir Azərbaycan vətəndaşını sarsıdıb. Belə acı günlərdə hər birimiz yanğın zamanı dünyasını dəyişən insanların ailələrinə və yaxınlarına dəstək olmalıyıq”.
Deputat qeyd edib ki, hadisədən dərhal sonra ölkə başçısının yanğın ərazisində olması və hadisənin araşdırılmasını öz nəzarətinə götürməsi hər kəs tərəfindən təqdir olunur:
“Ölkə rəhbərinin və müvafiq dövlət qurumları təmsilçilərinin operativ olaraq,hadisə yerinə getmələri və prezidentin sərt tapşırıqları açılmış cinayət işinin tam obyektiv aparılacağına şübhə yeri qoymur. Ona görə də yanğın ətarında bütün cəmiyyəti külə boyamağa hazır olan,sanki fürsət gözləyən və hər bir ölüm hadisəsi üzərində siyasi hakimiyyəti mühakiməyə qalxanlar öz isti evlərində klaviatura qəhrəmanlığı edərək virtual prokurorlar kimi davranırlar. Axı bir müxalif partiyasını siz Qərbdə milli faciədən faydalanan görməzsiniz. Bu nəinki mədənyyətdən uzaq bir hadsə olar,eləcə də adamları öz itkilərinin ağrısını çəkirkən kimlərsə, o cəsədləri öz siyasi yanğınları üçün istifadə edə bilməz”.
Z.Oruc vurğulayıb ki, dünyanın heç bir yerində bu cür hadisələrdən sığortalanma mövcud deyil:
“Bir müddət öncə Böyük Britaniyada 15 dən artıq insanın ölümünə səbə olan yanğının şahidi olduq. Rusiya, Türkiyə və ABŞ-da da oxşar hadisələr baş verib. Təəssüf ki, dünyanın heç bir ölkəsində yanğından və digər bu kimi hallardan sığortalanmaq mümkün deyil”.
Sözügedən hadisənin Azərbaycanda keçiriləcək prezident seçkiləri öncəsi təxribat olma ehtimalına da toxunan Z.Oruc bunun inandırıcı olmadığını söyləyib: “Mətbuatda və digər informasiya vasitələrində ötən il “N” saylı hərbi hissədə partalayışın, Avropa oyunlarından öncə Binqədədikə binada olan yanğının və digər təhlükəli hadisələrin vahid bir zəncirə yığılmasının şahidi oluruq. Lakin ortada xüsusi xidmət oqranlarının açıqlamasına söykənmədən sadəcə versiya irəli sürmək xalqı qorxutmaq istəyənlərlə şərik olmaq deməkdir. Əgər həqiqətən, xarici qəsd olsaydı, onda izah etməlisən ki, nəyin siqnalını veririlər bizə? Hər halda, bütün ehtimallar istintaqda aydınlaşdırılmalıdır. O cümlədən, belə köhnə konstruksiyaları hansısa suvaq altında gizlədib, əvəzinə qazanc əldə edənlər də olubsa, ona da qiymət verilməlidir.
Bütün hallarda onsuz da ağır dərdə düşən ailələrin övladlarına “narkotik qəbul edirdi, yaxud içki düşkünü idi”, sözləri ilə əlavə zərbə vurmaq yolverilməzdir. Belə günlərdə millətimizlə birgə olmaq və cərgəni pozmamamq hər bir şəxsin vəzifəsi olmalıdır. Əksinə olanda mütləq 3-cü qüvvə udur”.