Ötən gün yanğında dünyasını dəyişən şəxslərin adları artıq müəyyənləşib.
Mynews.az-ın məlumatına görə, bunu Oxu.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.
O bildirib ki, ölənlərin adları artıq bəllidir. Hazırda kimliyi müəyyənləşmiş meyitlərin ailələrinə təhvil verilməsi ilə bağlı işlər görülür:
“Bildirək ki, dünyasını dəyişən şəxslərin adları müəyyən olunub. Hansı meyitin kimə aid olması bilinən kimi ailələrinə təhvil verilir. Mətbuata daha geniş məlumat veriləcək”.
Xatırladaq ki, ötən gün Respublika Narkoloji Dispanserində güclü yanğın hadisəsi baş verib.
Operativ şəkildə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan üçü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə, biri isə Sabunçu rayonu 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub