Abşeronda su borusu partlayıb.
Mynews.az "Report"-a istinadən verdiyi məlumata görə, hadisə Xırdalan şəhəri, Quşçuluq massivi, X.Rza küçəsində baş verib.
Xırdalan şəhər sakini, 69 yaşlı Nüşabə Abdullayeva yaşadığı Quşçuluq massivi, ev 64-də su borusunun partlaması səbəbindən artıq bir həftədir, küçələrin, hətta evlərin zirzəmilərinin su ilə dolduğunu deyib: "Su idarəsi ilə də əlaqə saxlamışıq. Düzəldərik deyərək, sadəcə yola verirlər".
Qeyd edək ki, suyun küçələrə axması nəticəsində yolda sakinlərin və nəqliyyatın hərəkəti çətinləşib. Zirzəmilərə suyun dolması səbəbindən mənzilərdə rütubət yaranıb.
Məsələ ilə bağlı Abşeron Su kanal İdarəsinin mövqeyini öyrənmək mümkün olmayıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub