“Bəli, səhv etmişik... Bilməmişik..." - Saleh Məmmədov əl-ayağa düşdü
Mynews.az "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədovun müsavat.com-a müsahibəsini təqdim edir.
- Saleh müəllim, son günlər rəhbərlik etdiyiniz təşkilatın adı mətbuatda hallanmağa başlayıb...
- Daha doğrusu, hallandırdılar. Yaxşı işimizi görmürlər, nöqsanı dərhal yazıb hallandırırlar.
- Mikayıl Müşfiqin abidəsi ilə bağlı baş vermiş qalmaqalla bağlı istədik ki, sizin mövqeyi öyrənək və oxucuya çatdıraq.
- Allah sizi var eləsin. Bəli, səhv etmişik, yanlışa yol vermişik. Bu işdə günahı olan şəxslər cəzalandırılıb. Tezliklə görkəmli şairimizin abidəsi yenidən ucaldılacaq. Həmin yerdən 5-6 metr arxa tərəfə qoyulacaq. Gözəl də bir abidə olacaq. Yəqin ki, mart ayının 20-25-nə kimi bu işi yekunlaşdıracağıq. Siz özünüz də gəlib iştirak edərsiz o tədbirdə. Əslində eyni abidədi, sadəcə, yerini bir az dəyişdirmişik, ətrafı da çox gözəl olacaq.
- Siz o abidəni şifahi xəbərdarlıq edib götürmüsüz. Bunu Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev də dedi.
- Burada anlaşılmazlıq oldu. Açığı, elə bildik ki, paytaxtdakı parklar, abidələr Bakı Şəhər İcra Hakimiyyətinin balansındadır. Ona görə də məktubla ora müraciət etdik.
- Bəs BŞİH-dən sizə deyilməd ki, bu işlərə onlar baxmır?
- Məktub göndərdik, cavab vermədilər. Biz də iş yubanmasın deyə işə başladıq. Bəzən məktub göndəririk, aylarla cavab gəlmir. İş də getməlidi axı. Əslində orda işi görən təşkilat tələskənlik edib.
- Orda iş görən Azəravtoyol ASC-nin idarəsidir?
- Bəli. "Azəravtoyol”un 8 saylı idarəsidi.
- Şəxsən sizə ölkə rəhbərliyi tərəfindən hər hansı irad bildirildimi?
- Bəli, bildirilib. Cənab prezident göstəriş verdi ki, bu işdə səhlənkarlığa yol vermiş adamlar cəzalandırılsınlar.
- Neçə nəfər cəzalandırıldı, Saleh müəllim? Cəzalar nədən ibarət oldu?
- Deməli, həmin təşkilatın idarə rəisi, baş mühəndisi, iş icraçısı.
- İşdən çıxarıldılar, yoxsa töhmət verildi?
- Xəbərdarlıq, şiddətli töhmət və işdən çıxarılma. Cəza bu şəkildə oldu. Sahə rəisi işdən çıxarıldı, baş mühəndisə şiddətli töhmət verilib, idarə rəisinə xəbərdarlıq edilib.
- Sizə hər hansı formada xəbərdarlıq oldumu?
- Siz bunda maraqlısınız ki, mənə xəbərdarlıq olsun?
- Yox, qətiyyən. Mən jurnalist kimi sual verirəm.
- Bizim üçün ən böyük cəza el qınağıdı. Mətbuat bizim bu səhlənkarlığımızı yazdı, el də bizi qınadı. Bundan böyük cəza var?
- Saleh müəllim, bugünlərdə xəbər yayıldı ki, Azəravtoyol ASC Azərbaycan Dəmir Yolları QSC ilə birləşdirilir.
- Vallah, siz ağıllı, savadlı oğlansınız, avtomobil yolunun dəmir yolu ilə birləşdirilməsi necə ola bilər axı? Bir də ki, bu cür məsələlərə ölkə başçısı qərar verir, kiminsə fikri ilə bu işlər olmaz. Kimin nə deməyindən asılı olmayaraq, biz öz işimizi görürük. Ölkə üçün gözəl yollar çəkirik.
- Yol çəkilişlərində vəziyyət necədir? Hansı iri layihələr var?
- "Azəravtoyol”un İstismar və Tikinti Baş İdarəsində 2017-ci ildə görəcəyimiz iş planı və qrafiki var. Lazım olsa, müraciət edin, sizə o qrafiki versinlər. Uzun qrafikdi, telefonla demək mümkün olmaz. Orda harda hansı işlər görüləcək, dəqiqliyi ilə göstərilib.
Loading...
Cəmiyyət
- Avtomobildən bayıra əşya atanlar cərimələnəcək
- Siqaret kötüklərini yerə atanların nəzərinə! - cəriməsi 6 dəfə qalxdı
- DYP-dən yağışlı havaya görə MÜRACİƏT
- Arvadını TikTok-da CANLIYA çıxardı: Kişilərin qadına dedikləri qarşısında ərin reaksiyası ŞOK ETDİ
- Onlayn dələduzluq əməlləri sürətlə yayılır - XƏBƏRDARLIQ - VİDEO
- Sabah Cəbrayıla ilk köç olacaq
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- 15 yaşlı qızı öldürən Kənan intihar edibmiş - Sevinc qətlə yetirilərkən hamilə olub 953 dəfə oxunub
- 4-cü kurs tələbəsinin meyiti tapıldı 946 dəfə oxunub
- Siqaret kötüklərini yerə atanların nəzərinə! - cəriməsi 6 dəfə qalxdı 937 dəfə oxunub
- Faciəvi şəkildə ölən İlahə tanınmış sənətçinin qızı imiş 929 dəfə oxunub
- Avtomobildən bayıra əşya atanlar cərimələnəcək 920 dəfə oxunub
loading...