Bakıda tikinti şirkəti müflis oldu Mənzil sahiblərinin pulları necə qaytarılacaq? - VİDEO

752
Bakıda tikinti şirkəti müflis oldu Mənzil sahiblərinin pulları necə qaytarılacaq? - VİDEO

Azərbaycanda tikinti şirkətlərindən biri müflis elan olunması üçün məhkəməyə müraciət edib. Bu isə ortaya belə bir sual çıxarır. həmin şirkətin tikdiyi və yarımçıq qalan binalardan mənzil alan şəxslərin pulları necə qaytarılacaq?

Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, tikinti şirkəti müflis olduğu iddiasıyla məhkəməyə müraciət edib. Əmlak ekspertləri bildirir ki, belə bir təcrübə Azərbaycanda öncədən olmayıb və bu bir ilkdir. Bu isə həmin şirkətdən mənzil alan şəxslərin vəsaitlərini böyük risk altında qoyur.

Ekspert Emil Cəfərov bildirir ki, vətəndaşlar öz vəsaitlərini təhlükə altında qoymaq istəmirlərsə, o zaman mənzili hansı şirkətdən aldıqlarına əvvəlcədən xüsusi diqqət etməlidirlər.

Məsələnin ən maraqlı tərəfi isə əgər məhkəmə tikinti şirkətinin iflasa uğradığını təsdiq edərsə, bu şirkətdən mənzil alan, ancaq faktiki mənzili olmayan vətəndaşların hüquqların necə bərpa ediləcək? Huquşunas Xəyal Bəşirov bildirir ki, əgər məhkəmə şirkətin iddiasını qəbul edərsə, ləğvetmə komissiyası şirkətin bütün aktivlərinə əl qoyacaq. Və bu aktivlər əsasında da vətəndaşların borcları qaytarılacaq. Lakin şirkətin aktivləri vətəndaşlara olan borcdan az olarsa, onda vətəndaşlar mənzillərinə verdiyi pulun yalnız bir hissəsini ala biləcəklər. Buna görə mütəxəssislər maliyyə vəziyyəti yaxşı olmayan, əmlak bazarında özünü doğrultmayan şirkətlərdən mənzil almağı tövsiyə etmir.

Xəbər lenti