Bakı sakinlərini öz kəndinə fərqli formada dəvət edən və bununla bağlı çəkdiyi video ilə internetdə məşhurlaşan Tovuz sakini "Xəzər Xəbər"ə məqsədini açıqlayıb.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, Tovuzun Sarıtala kənd sakini Murquz Yahyayev bir neçə ay əvvəl çəkdiyi video ilə qısa vaxtda məşhurlaşdı. 100 minlərlə insan onun vidosuna baxaraq bəyəndi. 28 yaşlı Murquz heç bir universitetdə təhsil almayıb, çörəyini təmir işlərindən çıxarır. Internetdə yayılan videoda öz doğma kəndini tərifləyərək insanları şəhərdən kəndə çağırır.
Murquz Yahyayevin sözlərinə görə, bu videonu çəkərkən insanların marağına səbəb ola biləcəyini ağlına belə gətirməyib.
Murquz deyir ki, videonu çəkməkdə məqsədi yaşadığı yerin gözəlliyini göstərmək, kəndə turist axınına təkan vermək olub. Onun sözlərinə görə, bu videodan sonra həqiqətən də yaşadığı kəndə maraq artıb.
Murquz Yahyayev belə videolar paylaşmağa davam edəcəyini deyir. Onun sözlərinə görə, hələ kənddə göstərilməli kifayət qədər maraqlı məkanlar var. Bunun üçün o, özünə fotoaparat da alıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub