Martın 6-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi, gecə bəzi yerlərdə çiskinli olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a bildirilib ki, arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında martın 6-da bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda yağıntının tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.
Havanın temperaturunun gecə 2-7, gündüz 8-13, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub