Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən, erməni əsilli Marat Ueldanov Ali Məhkəməyə müraciət edib.
Mynews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Rusiya vətəndaşı M.Ueldanov 2016-cı il iyulun 28-də Bakıda saxlanılıb. Bundan sonra Ermənistan mediası onun erməni əsilli olduğunu açıqlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib.
O, hökmdən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovu erməni əsilli şəxsə güzəşt etməyib və hökm dəyişdirilmədən saxlanılıb.
M.Ueldanov isə bu qərardan kassasiya şikayəti verib. Onun işinə martın 6-da Ali Məhkəmənin hakimi Fərhad Kərimovun icraatında baxılacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub