Mirşahinin REAL TV adlı telekanalında işləyəcək bəzi şəxslərin adları məlum olub.
Mynews.az xəbər verir ki, bu gün Milli Televiziya və Radio Şurasının peyk yayımı lisenziyası verdiyi “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (REAL TV) artıq test yayımına başlayıb.
Yeni telekanal “Azerspace. Tezlik 11135. Polarization – Horizontal. Symbol Rate 27500” tezliyində sınaq yayımındadır və yaxın vaxtlarda tam gücü ilə efirə çıxacaq.
Artıq yeni telekanalın ofisinin yeri və kollektivinin əsas sütunları müəyyənləşib. Bir çox keçmiş ANS-çilər: Ləman Ələşrəfqızı, Səbinə Heydərova, Afət Telmanqızı, Lalə Nürəddinqızı, Mehman Rəsulov, Ziya Babayev, Xatirə Məmmədova, Vüsalə Xanməmədqızı, Natiq Nailəoğlu, Azər Qarayev, Azər Məmmədov, Orxan Məmmədli, Ayşən Rüstəmovanın burada işləyəcəyi dəqiqləşib.
Yeni telekanalın mart ayının axırınadək peyk vasitəsi ilə ümumi yayıma çıxacağı bildirilir. Kanalın rəhbəri tanınmış jurnalist Mir Şahin Ağayevdir.