Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzində fiziki və hüquqi şəxslərin sadələşdirilmiş vergi üzrə hesabatlarının tərtib edilməsi xidmətlərinin həyata keçirilməsinə başlanılıb.
Mynews.az-ın xəbərinə görə, vətəndaşlar bu çərçivədə Vergilər Nazirliyinə rüblük sadələşdirilmiş, illik əmlak və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin təqdim edilməsi, şəhadətnamə-dublikatların onlayn sifariş edilməsi, onlayn kargüzarlıq bölməsinə gəlmiş məktubların vaxtında cavablandırılması, aylıq elektron qaimələrin göndərilməsi, əmək müqavilələrinin onlayn qeydiyyatı, Dövlət Sosial Müdafiə Fonduna rüblük hesabatının verilməsi, Dövlət Statistika Komitəsinə rüblük və illik hesabatların təqdim edilməsi xidmətlərindən yararlana bilərlər.
Zəruri olan sənədlərin siyahısı
Fiziki şəxslərin sadələşdirilmiş vergi üzrə hesabatlarının tərtib edilməsi
- Fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd, VÖEN, Asan imza, rüblük (3 aylıq) gəlirləri əks etdirən məlumat (bank çıxarışları, mədaxil və ödəniş qəbzləri).
Hüquqi şəxslərin sadələşdirilmiş vergi üzrə hesabatlarının tərtib edilməsi
- Hüquqi şəxsin rəhbərinin şəxsiyyətini təsdiq edən sənəd, VÖEN, kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, hüquqi şəxsin nizamnaməsi, Asan imza, rüblük (3 aylıq) gəlirləri əks etdirən məlumat (bank çıxarışları, mədaxil və ödəniş qəbzləri).
Fiziki şəxslər üçün sadələşdirilmiş rüblük (3 aylıq) və illik vergi bəyannamələrinin ödənişi 20 manat, sadələşdirilmiş rüblük (3 aylıq) və illik ödəmə mənbəyindən tutulan vergi bəyannamələrinin ödənişi isə 30 manat təşkil edəcək.
Hüquqi şəxslər üçün xidmət haqqı 60 manat olacaq.
Qeyd edək ki, vətəndaşlar “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı ərtaflı məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə əldə edə bilərlər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub