Dünyanın bir nömrəli casusu Ruzi Nazar və Məhəmməd Əmin Rəsulzadə - FOTOLAR

1521
Dünyanın bir nömrəli casusu Ruzi Nazar və Məhəmməd Əmin Rəsulzadə - FOTOLAR

Bu il Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasının yüz  ili tamam olur. Belə bir tarixin belə bir günündə isə Cümhuriyyətin qurucularından M. Ə. Rəsulzadənin vəfatından 63 il ötür. Həyatı, idealları, amalları ilə müstəqil Azərbaycan qurmağa köklənmiş Rəsulzadənin xatirəsi üçün bu yazını hazırlamağı özümə borc bildim.

1917- ci ilin 1 yanvar günü, Margilanda, Fərqanə vadisinin tam ortasında ipək taciri Cemşid Umirzaqoğlunun ailəsində dünyaya bir uşaq  göz açır.

Adını Ruzi qoyurlar. Ruzinin ata tərəfi yüz illər boyunca Orta Asiyanı dünyaya bağlayan ipək ticarətinin əsas təşkilatçıları kimi dünyada  baş verənləri birbaşa görmüş, nəticə çıxarmış və ən əsası düzgün istiqamət götürə bilmiş insanlardan ibarət idi.

Ana tərəfi Teymurdan gələn qürurlu özbək (Bax- Türküstan millətçiliyi – müəllif.) millətçilərinin qızı, Hokand xanlığından olan, o dövr üçün rus işğalına qarşı ideyaverici rol  oynayan Cədidizmə (Rus işğalına qarşı milli və müsirləşmə yolu ilə mübarizə üsulu)  tapınan Tacünnisa  idi.

Bu mübariz və savadlı qadın oğlu Nazara 10 yaşına  kimi ərəb, fars və rus dilini öyrətməklə qalmadı, bu dillərdə  yazılmış məşhur  ədəbi əsərləri orijinalda da  oxuda  bildi.

Amma Nazarın həyatında baş verən bir hadisə ilə  onun, o isə dünyanın taleyini dəyişmiş olur.

Qırmızı imperiyanın işğalına  məruz qalan Türküstan və onun ideoloji mərkəzi Fərqanə (Bura siyasi və  dini əsasına görə millətçi və dinçi qüvvələrin birgə, amma  fərqli fəaliyyət göstərdiyi yer idi. Radikal islamçılıq Şərqə, türk millətçiliyi isə türk ölkələrinə istiqamətlənən formada inkişaf edirdi – red.) əksinqilabın əsas  mərkəzinə çevirilir.

Burda Sovetlərə 10 il köks ötdürən basmaçılar, Mustafa Çokay, Zəki Vəlidi Togan (Lenin bu şəxsi Validov olaraq rus  kimi tanıyıbmış – red.) Nazarın inkişafında misilsiz pay sahibi olurlar.

I Dünya müharibəsinin gedişi sırasında mövqelərini itirmiş və qarşıdurmanı inqilab səbəbilə separat sülhə imza atmaqla  tərk etmiş  Rusiyanın yerini Orta Asiyada ingilis dərin dövləti almaqda  idi. Ona  görə də, burda dini və milli qüvvələrin dəstəklənməsi qazanılmış Əfqanıstanın yanında  itirilmiş Türküstanı əldə etməsinə hesablanmışdı.

Belə bir zamanda Nazarın böyük qardaşı Yoldaş Kari millətçilərə qoşulduğu iddiası ilə Sovetlər tərəfindən edam edilir.

Bu hadisə 10 yaşlı Nazarın həyatını 180 dərəcə dəyişir.

Atası onun müasir düşüncələrə sahib olması üçün Liseyə göndərir. Ardınca Daşkənd Universitetinin iqtisadiyyat ixtisasına daxil olur, paralel olaraq gecə məktəbində kimya dərsi alır. Özbəkistan Kommunist Partiyasının Gənclər Təşkilatına daxil olsa da, millətçiliyinə görə tezliklə partiyadan çıxarılır.

Moskvaya səyahət edir, orda da təkrar partiyaya üzv olmaqla bağlı istəyinə nail ola bilir.

XX əsrin tozlu 30-cu illəri gənc Nazarın gözü önündə kino lenti kimi keçir. SSRİ-ni qurmuş “Kəmik Kadro” represiyya edilir, inqilab əvvəlcə öz uşaqlarını yeməyə başlayır.

Amma nə dünya, nə SSRİ fərqində olmur ki, bu yaşananlar zamanında tayı-barabəri olmayacaq bir agent doğurur, Soyuq Müharibənin ən gizli üzü, casus savaşlarının vazkeçilməz kilid adamı, özbək millətçiliyinin, türkçülüyün ən xas ideoloqu, minlərlə əks-kəşfiyyat, kəşfiyyat, diversiya aktlarının müəllifi, dünyanın ən böyük ölkəsinə qafa tutanı…

Stalini, Hitleri, Ruzvelti, KQB-ni, Mİ6-nı, CİA-nı barmağında  dolayacaq X

“İndi oxuyacağınız fövqəladə casusun birnəfəsə oxuyub bitirəcəyiniz həyat hekayəsi deyil. Bu həm də Qızıl orduda başlayıb, faşistlərlə çiyin-çiyinə vuruşan, nəhayət Amrikan kəşfiyyat oqranı CİA –da başa çatan 50 illik macəra deyil. Bu, həm də türkçü və islamçı cərəyanların dünyadakı güclər tərəfindən necə alət olaraq  istifadə edilməsidir”.

98 yaşında Türkiyədə dünyaya göz yuman Nazar haqda yazan məşhur türk araşdırmaçısı Murad Yetkin onun haqda belə də yazıb.

Amma o da təəssüf edir ki, dünyada soyuq müharibədən qalan sonuncu mogikan da getdi. Sadəcə izsiz, məhdud informasiya ilə bizə dövrün qalmaqallarını qəzetlərdə oxuyacağımız qədər imkan verdi.

1954-cu ilin Məkkəsi, bir Həcc ziyarəti günü.

SSRİ-də Stalin vəfat etmiş, dəmir pərdənin yırtıqlarından düşən işıq şüaları mənzərənin qorxunc və kabus dolu olduğunu göstərir.

Xruşşovun dünyada müsbət imic qazanmaq naminə vitrinə çıxartdığı təbliğat maşını elan edir ki, SSRİ ərazisində Həccə getmək istəyənlərə icazə verilir.

Moskvadan 21 hacı namizədi, hamısı da kommunist Məkkəyə getmək üçün yola  çıxır. Uzun məsafə, Səudiyyəyə varanda, avtobusa daha iki türk – qıyıqgöz özbək də minir. Bir an sonra  bu iki şəxs avtobusdakıların üstünə yüyürür ki, siz hacı deyilsiniz, sovet casuslarısınız.

Çürük pomidorlarla, təhqiramiz şüarlarla onları Məkkəyə qədər müşayiət edən ikilinin əsas məqsədi baş tutur: Soyuq Savaşda bütün qərb qəzetləri SSRİ-ni rüsvay edən təbliğat maşını ustalıqla işini görə bilir.

Təkcə “Taym” qəzeti bununla bağlı 250 min yazı dərc edir, hamısında da məzmun eyni idi: SSRİ-dən gələn hacı namizədləri mövcud rejimə üsyan edir, geri dönməmək üçün çalışırlar.

Bu böyük müharibə savaşının müəllifi, ssenaristi və hətta icraedicisi  Nazar özü idi. Baş roldakı Oskarlıq oyunu SSRİ-ni rəzil duruma salmış və o bir daha müstəqil Türküstan qurmaq üçün Stalin, Hitler, Çörçil, Ruzvelt arasında oynamaq məcburiyyətində qalmışdı.

Hörümçək toru kimi atdığı ilmələr kimlərə gedib çıxmırdı ki…

Alparslan Türkeş, Məhəmmədəmin Rəsulzadə və s…

1941-ci ildə müharibəyə topçu kimi alınan Ruzi Nazar Ukrayna cəbhəsində savaşarkən bir qızla tanış olur. Rus düşmənçiliyinə yuvarlanmış ukrayna millətçilərindən birininin qızına vurulur. Besarabiyada yaralanan Ruzini qaynatası müalicəyə götürür, sağaldıqdan sonra  isə şəxsən özü almanlara təqdim edir:

İlk dəfə faşistlərin etnik azlıqlardan legion qurduğunu da burda öyrənir.

Bu legionların əli ilə arxa cəbhə açmaq və SRRİ-ni içindən parçalamaq  niyyəti əsas  idi.

Türküstan legionunun plan müəllifi və cavabdehi Reyinxard Gehlen Qafqaz və Orta Asiya üzrə strateq  idi.

Bu hadisələrin gedişində Türkiyənin Almaniyadakı səfiri Xosrov Geredenin Alman xarici işlər nazirinin məsləhətçisi Ernst Von Veizsakerlə görüşləri mühüm səciyyə daşıyırdı.

Bu ikilinin görüşü nəticəsində alnanlara əsir düşən minlərlə azərbaycanlı lülənin ucundan qurtuldu və yaşamağa davam edə bildi.

Səfir Xosrov Gerede Kazım Qarabəkir Paşa ilə Naxçıvanda və Nuru Paşa ilə Gəncədə, Bakıda  olmuş vahid türk dünyası ideyasının tərəfdarlarından idi.

Səfir Veizsakerin yardımı ilə 20 avqust 1941-ci ildə Prusiya cəbhəsinin qərargahında Ribbentropla görüşür.

Görüş haqda xatirələrində yazırdı: Alman dostlarıma əsir düşmüş türk kökənli hərbçilərin sağ qalmasını təklif etdim, əvəzində onlardan kəşfiyyatda  istifadə etmək olardı. Daha sonra izah etdim ki, Avropaya sığınmış məşhur türk kökənli siyasətçiləri Almaniyaya çağırıb bu əsirlərlə görüşdürmək lazımdır.

Xüsusilə bu adamların üzərindən təbliğatın qurulmasında  israr etdim: Kırımlı Cəfər Bəy və  1918-20-ci illərdə  Azərbaycan Demokratik Cumhuriyyətinin qurucusu  olmuş Rəsulzadənin…

(Bu diplomatik trafikdə görünməyən üzün əsas siması Nazar idi).

Bu haqda Türkiyəyə gedib baş nazirdən belə xahiş etdim ki, onların Berlinə aparılmasını təmin etsinlər.

Bu addım nəticəsində minlərlə türk ölümdən qurtula bildi.

Dövlət tərəfindən Türkiyə Almaniyada  səfir Gere vasitəsilə, özəl olaraq  isə Bakı fatehi Nuru paşa  ilə təmsil olunmağa başladı.

Nuru paşa Qafqazın idarə olunması və fəthi ilə bağlı öz layihəsini təqdim etdi:

Türkiyə tərəfsiz oduğundan Almaniya tərəfindən amansız təzyiq başladı:

İki türk hərbçisi müharibəyə qoşularsa, Türkiyə nə qazanacaq sualı ilə Berlinə getdilər.

Səfərdən sonra məlum oldu ki, almanlar türklərə yəhudilər kimi aşağı irq olaraq baxır və əsas da müharibədə ətdən divar örmək üçün istifadə etməyə çalışır.

Türkiyənin isə Rəsulzadə daxil türkçü dövlət xadimlərindən istədiyi Kırım və türk ölkələrinin azadlığı naminə fəaliyyət göstərmək idi.

Türk hərbçilərinin Berlindəki məlum görüşlərindən sonra Azərbaycançı milli fikir tərəfdarları da parçalanır: Bi qismi nasistlərlə əməkdaşlığa gedir, digəri (Rəsulzadə daxil olan  kəsim) Berlindən çıxarılır.

Bu haqda 1954-cü  ildə Münhendə çap edilən Azərbaycan qəzetində qeyd edilir ki, almanlarla razılığa gəlməyən türk kökənlilər və əsirlər amansızlıqla  edam edilir.

Razılığa  gələnlər arasında yer alan Ruzi Nazar Rəsulzadədən tam dəstək ala bilmir, bu proseslər gedən vaxtda gücün yanında yer alan Nazar artıq alman hərbi forması geyib, leytenant rütbəsi almışdı.

Ən sirli türkün Türküstan davası

2010-cu ildə son dəfə Murad Yetkinə keçdiyi ömür yolu haqda qısaca belə demişdi: Komminist olmadım, nasist heç  olmadım, CİA ilə də bir şeyə görə  əməkdaşlıq etdim, mənim davam Türküstan idi.

Bu sırada Almaniya uduzmuş, alman kəşfiyyat şeflərindən olan Reynxard Gehlen  4 min agent ünvanı ilə ABŞ-a qaçmış, CİA-nın təməlini atmış –  İşbirliyi üçün Rəsulzadəyə, Nazara dəvət göndərmiş –  Çəkdirdiyi yeganə  şəkildə də Bakını arxa fona salmışdı. Hədəf dəqiq  idi, soyuq müharibə gedişində Xəzər dənizi, İran, İraq və Azərbaycanı ələ keçirmək.

Savaş Ruzini Münhenin kiçik bir qəsəbəsində yaxaladı, o sırada  bu qıyıqgöz, şirindil və xüsusi istedada malik Nazar ABŞ komandirlərindən birinin qızı – Lindanın ürəyini ovlaya bilir.

ABŞ-la həyatını bağlayan Ruzi Nazar üçün Ruzveltin qohumu Arçibald yeni bir təklif verir:

CİA üçün 1951-ci ildən işləməyə başlayır.

CİA-nın İran şefi olan Arçibaldın başqa bir qohumu  Kermit  Nazarın xüsusi təklifləri ilə İranın baş  naziri Müsəddiqi devirir.

Ruzi Nazar bu hadisədən düz  bir  il sonra Məkkə etirazı ilə dünyanı ayağa qaldıracaqdı.

Bu müddətdə, Marşall yardımı ilə Türkiyə və Yunanıstan Qərb cəbhəsinə keçmiş, SSRİ-yə qarşı xüsusi ideoloji savaş vasitəsi rolunu oynayan Azad Avropa və Azadlıq Radioları fəaliyyətə başlamışdı.

Azadlığın ilk uzun dalğadakı verilişi Qafqaz üzrə Azərbaycan dilində efirə çıxdı. CİA Azərbaycanın məşhurlarını burda  Nazarın  əli ilə işə dəvət etsə də, Məhəmməd Kəngdərli və ətrafı Ankara üçün çalışmaq  yolunu seçdi. Berlində parçlanan Azərbaycan diasporunun əsas hissəsi Rəsulzadənin ətrafında yer almışdı.

Bu müddətdə Nazar əlavə olaraq başqa bir özbək Bəymirzə Hayıt ilə Azadlığın özbəkcəsini – Azatlıq radiosunu açdı.

Vaşinqtona görəvə aparılan Ruzi Nazar Türkiyədən olan türkçülər və turançılarla görüşür.

Minbaşı Alparslan Türkeşlə də NATO –nun tədbirlərində tanış olur.

Türkiyənin önəmi artıqca Nazar da karyerasımda irəliləyir və 1959-cu ildə CİA-nın Türkiyə sektorunda məxfi tapşırıq alır.

Uzun illər  sonra özü bu haqda demişdi ki, əsas vəzifəsi İran – Turan ərazisində CİA-nın maraqlarını təmin etmək imiş.

1960-cı il Türkiyədə hökumət çevirilişində əli olanlar edam masasına qaldırılır. Yaxın dostunun başına edam ipinin keçirildiyini görən Ruzi Nazar prezident Cemal Gürselə təzyiq edərək Alparslan Türkeşin adını siyahıdan çıxarda  bilir.

Türkiyədə  daha bir çevrilişində  Nazarın ismi keçir: 1971-ci il12 mart.

Bu qədər hadisə çoxluğunda Nazar bir də Hindistanda Rusiya əlehinə fəaliyyət göstərən Maoçularla əlaqə qurur və ordan da düyməyə basır. Bu proseslərin sonunda SRRİ- Çin arasında Damansk savaşı yaşanır.

Türkiyədə nüvəbaşlıqlı Yupiter silahları qoyaraq birbaşa Moskvanı hədəfə alan ABŞ-ı SSRİ gözlənilmədən Kubadakı silahları ilə qorxuya salır və dünya Karib böhranına səhnə olur.

11 İl Türkiyədə işləyən Ruzi Nazar hər zaman baş oyunçu idi.

Onun şirin dili, hər cür vəziyyətdən  çıxış yolu tapmaq bacarığını bir az sonra Türkiyədə güclənən solçulara qarşı millətçiləri təşkilatlandırmağa nail olmağa belə yetdi.

Bu adam o qədər rasional  idi  ki, Balkanlardan Türkiyəyə qaçan mühacirləri yığıb Yuqoslaviyaya qarşı kamplar qurdu.

Türkiyə seriyası başa çatmış, Nazar siyasətçi, politioloq  kimi Almaniyada və yaxud başqa  ölkələrdə çıxış edir, bu vaxtlar artıq  CİA millətçi nəzəriyyədən imtina etmiş və SRRİ-yə qarşı dini cəhəti qabartmağa başlamışdı.

Bu proseslərin mərkəzi isə birbaşa Polşa seçildi.

1978-ci ildə polyak kardinal Jozef Papa II Pavel adıyla papa seçildi. Bu addım katolikləri gücləndirməklə yanaşı, SSRİ-nin müttəfiqləri ilə Polşanın paytaxtında qurduğu Varşa Paktının təməllərini darmadağın etdi.

İkili hücumun bir ucu –  İslamçıların əli ilə Əfqanıstandan, Polşanın əli ilə isə Şərqi Avropadan SSRİ-yə qarşı dini müharibə elan etdilər.

Əslində Ruzi Nazar və tərəfdaşları bu prosesi sünni Əfqanıstandan yox, Şah İranından başlayacaqlardı.

Amma İrandan şiə inqilabı planları pozdu.

“Qasırğa Hərəkatı”ına başlayan CİA Ruzi Nazarın əli ilə nələri bacara  bildi?

Bütün ömrünü SSRİ ilə mübarizəyə həsr etmiş Ruzi Nazar sonunda istəyinə nail ola  bilmişdi, çox sonralar, SSRİ dağılıqdan sonra üzə çıxan sənədlər şokedici idi.

Ruzi Nazar Orta Asiyanın islamçı tayfa başçılarını Rusiya əlehinə çıxarda  bilmiş, Hikmətyar  ilə CİA-nın əlaqəsini təmin etmiş və Əfqan savaşında əsir düşən bütün sovet müsəlman əsgərlərini (azərbaycanlıların sayı da  çoxdur) xilas etmişdi.

Bu arada 11 gün ərzində saxta vəsiqə ilə İrandakı Kanada səfirliyinə gəlmiş və ABŞ səfirliyində girov götürülmüş 60 amerikan diplomatının azad edilməsində iştirak etmişdi.

Bir sözlə, qıyqgöz türkçü sonda SRRİ-ni məğlub edə bilmişdi, onun Fərqanəsi, Özbəkistanı isə azad edilmişdi.

P.S.

Sonralar onunla görüşəndə dedi ki, nə cib telefonu var, nə də email adresi. Çünki Nazara görə bunlar  təhlükəlidir. Bu yaşlı qurd o qədər həssas idi ki, Özbəkistanla bir görüşü təyin etmək üçün üç aylıq zaman  itkisinə razı idi.

O, soyuq savaş dövrünün sonuncu agenti, casusu idi. Haqqında  kimsəni kitab yazamağa qoymadı. Çünki  qızı Zülfiyyənin  onun haqda kitab yazmasını istəmişdi. O da  olmadı, amma bir şeyi dəqiq bilirik ki, məşhur Amerika detektiv yazarı –  “Ağıl oyunları” filminin romanını yazan Silvia Nasar Zülfiyyə Nazarın özüdür.

Nazar 30 aprel 2015-ci ildə Antaliyanın Side qəsəbəsində vəfat etdi.

Xəbər lenti