Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Fazil Mustafa İctimai Televiziyanın efirində ziyarətgahların təbliğ olunmasını kəskin tənqid edib.
Mynews.az Moderator.az-a istinadən xəbər verir ki, F.Mustafa İctimai televiziyada ziyarətgahların və digər pirlərin təmiri ilə bağlı efirə gedən verilişdən danışıb və bu məsələ ilə bağlı fikirlərini qeyd edib.
“Ziyarətgahlarda təmir işlərinin aparılması müsbət haldır və mən bunu təqdir edirəm. Lakin verilişdə belə təmirləri başqa kontekstdə təqdim etməyə çalışırdılar ki, guya insanlar bu ziyarətgahlara gedib nəzir verməlidirlər və oranı təbliğ eləməlidirlər.
Sovet dövründə heç bu qədər nadanlıq, cahillik təbliğ olunmurdu. Bunu İctimai televiziyanın efirində etmək daha zərərlidir. Az qalıb desinlər ki, hər universitetin həyətində ziyarətgah açmaq lazımdır.
Biz müasir dövrdə Molla Xəlil kimyagərlər dövrünə qayıdırıqsa, hansı inkişafdan danışa bilərik? Bu gün biz elmdən, onun təbliğindən danışmalıyıq. Ona görə televiziyaların bu işini kəskin şəkildə qınayıram”.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub