Röyanın sevgilisi olduğu iddia edilən general oğlu birinci qrup əlildir? AÇIQLAMA

984
Röyanın sevgilisi olduğu iddia edilən general oğlu birinci qrup əlildir? AÇIQLAMA

Əməkdar artist, müğənni Röya ilə sevgili olduğu xəbəri yayılan Milli Qəhrəman, Şəmkir Korpusunun komandiri, general Rövşən Əkbərovun oğlu Telman Əkbərovun maşın kolleksiyasını özündə əks etdirən fotoşəkillər yayılıb. 

Mynews.az BİG.Az-a istinadən xəbər verir ki, yayılan fotoşəkillərdə diqqət çəkən məqam isə general oğlunun avtomobilinə yerləşdirilən əlil tanıma nişanının olmasıdır. Bu isə sosial şəbəkələrdə general oğlunun əlil olması ilə bağlı söyləntilərə və müzakirələrə səbəb olub.

Bu nişanın hansı şərtlər daxilində avtomobilə yapışdırılması və bu nişanın general oğlunun avtomobilinə yapışdırılmasının hansı qanunvericiliyin tələblərinə uyğun olub-olmaması ilə bağlı BiG.AZ-a danışan yol nəqliyyat eksperti Elməddin Muradlı bunun Yol Hərəkəti Haqqında qanunun tələblərinə zidd olduğunu, buna görə 40 AZN məbləğində cərimə müəyyən olunduğunu bildirib:

“Kimliyindən asılı olmayaraq hər avtomobilə bu nişanın vurulması qadağandır. Yol Hərəkəti haqqında qanuna görə qanunsuz olaraq əlil tanıma nişanının istifadəsinə görə cərimə müəyyən olunub. Bunun 40 AZN cəriməsi var. Bu nişanın quraşdırılması üçün avtomobil əlillər üçün nəzərdə tutulan konstruksiya ilə təmin olunmalıdır. Burada söhbət birinci qrup əlillərdən gedir.

Dövlət Yol Polis idarəsi həmin maşına baxış keçirdir, əlillər üçün nəzərdə tutulan konstruksiya ilə təchiz olunmasını nəzərdən keçirdir və həmin məlumatlar Mərkəzi Məlumat Bazasına yerləşdirilərkən orada xüsusi qeyd yazılır ki, bu avtomobil əlillər üçün nəzərdə tutulan konstruksiya ilə təchiz olunub.

Bəli, bu haldan sonra vətəndaş həmin nişanı öz avtomobilinə yerləşdirə bilər. Əgər kimsə böyrəyindən əməliyyat olunubsa, hansısa bədbəxt hadisə nəticəsində barmağını itirirsə, yanğın zamanı hansısa nahiyəsi yanırsa və buna görə 2-3-cü qrup əlil kimi özünü qeydiyyat saldırırsa bu cür nişanlardan istifadə edə bilməz.

Bu avtomobilin kimə məxsus olması və kim tərəfindən idadə olunmasından asılı olmayaraq bəzən sürücülər parklanma ilə bağlı çətinlik yaşayırlar o zaman bu nişandan istifadə edərək parklanma qaydalarını poza bilirlər. Bu səbəbdən də yəqin bu sürücü parklanmaya yer tapmayanda bu nişandan avtomobilinə yapışdırıb istədiyi yerdə avtomobilini saxlayır”.

Xəbər lenti