Terrora hazırlaşan 2 nəfər Xaçmazda öldürüldü Rusiya ilə sərhəddə nə baş verir?

633

DTX “Xaçmaz camaatı” adı altında yaradılan dini ekstremist qrupun əməllərini araşdırır; təhlükəsizlik üzrə ekspert: “Azərbaycan bir sıra terror təşkilatlarının hədəfidir”

Terrora hazırlaşan 2 nəfər Xaçmazda öldürüldü Rusiya ilə sərhəddə nə baş verir?

Mynews.az Yeni Müsavata- istinadən xəbər verir ki, “Xaçmaz camaatı” adı altında yaradılan dini ekstremist qrup terror-təxribat əməllərinə hazırlaşırmış". Bu haqda  Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

DTX-nin ictimai əlaqələr şöbəsindən bildirilib ki, Xaçmazda fəaliyyət göstərən “dini qrupun paralel terror-təxribat əməllərinə hazırlıq hərəkətləri müəyyən edilib”. Martın 6-da qrupun üzvlərindən olduğu deyilən Sabir Məmmədov və Tərlan Səlimova “tabe olmaq əmri verilsə də, onlar qanuni tələblərə tabe olmayaraq odlu silahdan atəş açıb silahlı müqavimət göstəriblər” deyə,  DTX məlumat verib. Açıqlamada deyilir ki, “əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə Sabir Məmmədov və Tərlan Səlimov öldürülüb”.

DTX “Xaçmaz camaatı” qrupunun “beynəlxalq terror təşkilatının tabeçiliyində olduğunu” açıqlayıb. Hadisə yerindən kustar üsulla hazırlanmış partlayıcı qurğu və partlayıcı maddələr, müxtəlif təyinatlı silah-sursat aşkar edilərək götürülüb. DTX əlavə edir ki, hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir. “Xaçmaz camaatı” qrupunun hansı beynəlxalq terror təşkilatının tabeçiliyində olması, bunu təsdiqləyən sübutlar və qrupun terror planı barədə detallar ictimaiyyətə hələ açıqlanmayıb.

Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 214.2.3 (terrorçuluğa hazırlıq), 218.2 (cinayət birlikdə iştirak etmə) maddələri ilə cinayət işi başlanıb.

“Yeni Müsavat”a danışan təhlükəsizlik üzrə ekspert Sülhəddin Əkbər bildirib ki, ümumilikdə Azərbaycanının daxil olduğu Böyük Orta Şərqdə terror riski yüksəlib:“Bunun səbəbi Orta Şərqdə gedən terrorla mübarizədir. Azərbaycan müsəlman ölkəsidir, müharibə vəziyyətindədir, sərhədlərinə tam nəzarət edə bilmir. Terrorla mübarizədə ölkəmizin elə də böyük təcrübəsi yoxdur. Azərbaycan bir sıra terror təşkilatlarının hədəfidir. Bu baxımdan terror-təhdid səviyyəsi də yüksəkdir və son zamanlarda, 2018-ci ilin əvvəlindən başlayaraq Suriya və İraqda gedən mübarizənin regional konfliktə dönmə ehtimalı var. Bu, Suriya böhranının yeni mərhələyə keçidi və bütün regionun böyük savaşa sürüklənməsidir”.

Sülhəddin əkbər ile ilgili görsel sonucu

S.Əkbər deyir ki, bu ilin yanvarında Vaşinqtonda keçirilən gizli toplantıda qəbul edilən qərarlar ölkəmizin olduğu region üçün yaxşı heç nə vəd etmir: “Görüşdə ABŞ, Böyük Britaniya, Fransa, Səudiyyə Ərəbistanı, İordaniyanın nümayəndələri iştirak ediblər. Almaniya, Türkiyə və Misirin də gizli toplantıya dəvətləri nəzərdə tutulub. Almaniya göndərilən dəvətə cavab verməyib. Türkiyə kürd məsələsinə görə son anda dəvət edilməyib. Misirə də dəvət göndərilməyib. Həmin görüşdə müzakirə edilən məsələlərdən ən başlıcası Suriyanın parçalanması olub. İranın Suriyada qarşısının alınması, Rusiyanın isə Suriyada təsirinin azaldılması, küncə sıxışdırılması hədəfi qoyulub. Türkiyənin nəzarətə alınması da hədəflərdən biridir. Suriya müharibəsinin regional müharibəyə çevrilməsi Azərbaycanın qonşuları olan İran və Türkiyənin böyük savaşa cəlb edilməsi deməkdir. Bu perspektiv ölkəmizə yaxşı heç nə vəd etmir. Ən azı qaçqın axını ölkəmizin durumunu çətinləşdirəcək”.

S.Əkbər deyir ki, ABŞ və müttəfiqlərinin regionda kiçikmiqyaslı nüvə başlıqlarından istifadəsi də Vaşinqtondakı gizli görüş zamanı ciddi müzakirə olunub: “Regionda Rusiya və İranının başını əzmək üçün kiçikmiqyaslı nüvə bombası partladılması niyyətləri var. Bu, olduqca təhlükəli niyyətdir və vəziyyətin olduqca ciddi olmasından xəbər verir. Suriya böhranı genişlənib regional müharibəyə çevriləcəksə, İran məsələsi hərbi kontekstdə gündəmə gələcəksə, Rusiyanın Azərbaycana hərbi müdaxiləsini gündəmə gətirə bilər. Ermənistan-Azərbaycan müharibəsi də qızışa bilər”.

S.Əkbər deyir ki, böyük güclər hər hansı bir ölkədə sabitliyin pozulmasına nail olmaq istəyirlərsə, ilkin olaraq həmin ölkələrdə terror təşkilatları peyda olur:“Suriyada  da eyni ssenari oldu. ABŞ-ın bu gün Suriyada olmasının legitim hüquqi əsası dolayısı ilə terror təşkilatları ilə mübarizəyə dayanır. Bu gün ABŞ-ın Suriyada olması üçün BMT Təhlükəsizlik Şurasının qərarı yoxdur. Suriya dövlətinin də dəvəti yoxdur. Yeganə dolayı legitimlik verən terrorla mübarizədir. Hazırda Suriyada qalmaq üçün 2 kiçik terror qrupunu orada saxlayıblar. Əgər həmin terror qrupları da məhv edilsə, ABŞ-ın Suriyada qalmaq üçün hər hansı bir əsası olmur. Oradan isə çıxmaq istəmirlər. Ona görə ki, İrana və Türkiyəyə yönəlik niyyəti var”.

Yada salaq ki, illər öncə İŞİD bəyan edib ki, Rusiyanın Şimali Qafqazda fəaliyyət göstərən silahlılar onlara sadiqlik andı içib. Qruplaşma həmin regiondan olan silahlıları öz sıralarında alqışlayıb. Şimali Qafqazda İslam dövlətinin nüfuzunun genişlənməsi “Əl-Qaidə” qruplaşması ilə müttəfiq olan Qafqaz əmirliyi qruplaşmasının hesabına başa gəlib. “Qafqaz əmirliyi” illərlə Rusiyaya qarşı silahlı mübarizə aparıb və indiki şəraitdə müstəqil qurum kimi fəaliyyət göstərməkdə çətinlik çəkə bilər. “Əmirlik” 2007-ci ildə çeçen silahlılarının lideri Doku Umarov tərəfindən rəsmən elan olunub. “Əmirlik” Rusiyanın əsasən müsəlman əhalisinin cəmləşdiyi Şimali Qafqaz regionu üzərində öz suverenliyini elan edib, lakin əslində heç vaxt bu əraziyə nəzarət etməyib. “Əmirlik” "Əl-Qaidə" tərəfindən elan edilən qlobal cihadla həmrəylik göstərsə də, öz fəaliyyətini əsasən Rusiyanın Qafqazdakı hakimiyyətinə qarşı silahlı mübarizəyə yönləndirib. 2014-cü ilin ortalarında “İslam dövlətinin” lideri Əbu Bəkr əl-Bağdadi özünü bütün dünya müsəlmanlarının rəhbəri elan edib. Son illər ərzində Qafqazdan olan yüzlərlə, bəlkə də minlərlə silahlı Suriya və İraqda vuruşub və onların bir çoxu əl-Bağdadiyə sadiqlik andı içib. Onların arasında İslam dövlətinin ən görkəmli səhra komandirlərindən gürcüstanlı etnik çeçen olan Ömər əl-Şişani var.

Xəbər lenti