Avtobus gözləyən şəxs dayanacaqda siqaret çəkir. Halbuki, ictimai yerlərdə siqaret çəkmək qadağandır. Ancaq görünən odur ki, dayanacaqlarda bu qadağaya məhəl qoyan yoxdur.
Bundan başqa, sərnişin avtobuslarının bir çoxunda da siqaret çəkmək qadağandır nişanını görmək mümkün deyil. Sərnişinlərin sözlərinə görə, siqaret çəkən sürücülərə tez-tez rast gəlinir.
Xətt nəzarətçiləri isə nişanın olmamasını belə əsaslandırırlar: "Nişanlar qopub düşür".
Mynews.az xəbər verir ki, məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, qurum tərəfidən quraşdırılan dayanacaq pavlyonlarına qanunun tələbinə uyğun olaraq "siqarət çəkmək qadağandır" nişanlarının vurulması işlərinə başlanılıb. Mərhələli şəkildə Agentliyin balansında olan bütün dayanacaqlara bu nişanlar vurulacaq. O ki qaldı avtobuslarda bu nişanların olmamasına, Agentlikdən bildirildi ki, bu məsələ ilə bağlı sahibkarlarla görüş keçirilib və onlara qanunvericiliyin tələbinə uyğun xəbərdarlıq edilib. /xezerxeber.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub