Ötən ilin istehsalatla əlaqəli sayılan 151 bədbəxt hadisənin təhqiqatı aparılıb ki, onlardan 11 hadisə qrup halında baş verib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.
Hesabatda verilən məlumata görə, baş vermiş hadisələr nəticəsində 61 nəfər həyatını itirib, 121 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İqtisadi fəaliyyət sahələri üzrə istehsalatla bağlı bədbəxt hadisələrin daha çox tikintidə (24%), emal sənayesində (17,5%), nəqliyyatda (12,5%), mədənçıxarmada (14%), energetikada (5%) və digər sahələrdə (27%) baş verməsi müəyyən edilib.
Tikinti sektorunda 36 bədbəxt hadisə baş verib (onlardan qrup halında 1 hadisə qeydə alınıb) və bu hadisələr zamanı ölənlərin sayı 17 nəfər, xəsarət alanların sayı isə 24 nəfər olub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub