Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Rusiyada təhlükəli listeriya ST6 bakteriya aşkar olunduğu "BELAYA PTİTSA" və "PETRUXA" markalı toyuq məhsullarının ölkəmizə idxalı ilə bağlı məsələyə aydınlıq gətirib.
Mynews.az xəbər verir ki, xidmətin mətbuat katibi Yolçu Xanvəli Trend-ə deyib ki, Azərbaycan Türkiyə, Ukrayna, Gürcüstanla yanaşı, Rusiyadan da toyuq və toyuq məhsullarını idxal edir. Lakin Rusiyadan idxal edilən məhsulların arasında "BELAYA PTİTSA" və "PETRUXA" markalı toyuq məhsulları yoxdur.
Y.Xanvəlinin sözlərinə görə, Azərbaycana daxil olmuş bütün məhsullar satışa çıxarılmamışdan əvvəl yoxlanılır və keyfiyyətində problemlər aşkarlanmış məhsulların satışına icazə verilmir.
Qeyd edək ki, listeriyaya yoluxma insanda bəzi xəstəliklərin yaranmasına, hətta onun ölümünə də səbəb olur.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub