Azərbaycanda ağıllı telefonlar vasitəsilə internetdən istifadə edənlər qəribə fırıldaqla qarşılaşırlar.
Mynews.az-ın minval.info-ya istinadən verdiyi məlumata görə, hansısa vebsayta daxil olmaq istəyərkən istifadəçilər guya Daxili İşlər Nazirliyindən gələn xəbərdarlığı görürlər.
Fırıldaqçıların DİN-in adından göndərdiyi bildirişdə pornoqrafik saytlara daxil olanlardan 80 manat cərimə ödəməkləri tələb edilir və əgər 6 saat ərzində məbləğ ödənilməzsə cinayət işinin açılacağı deyilir.
Bildiriş mətnində qeyd edilən Cinayət Məcəlləsinin 137-ci maddəsi isə, İnsan orqanlarının və ya toxumalarının alqı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur etmənin qadağan edilməsi ilə bağlıdır.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyi pornoqrafik materialların yer aldığı saytlara girişi qadağan etmir, sadəcə azyaşlıların pornoqrafik görüntülərinin çəkilməsi, yayılması, izlənilməsi cinayət məsuliyyətinə səbəb olur.

1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub