Ötən ilin noyabrında İstanbulda Quli Bakinski kimi tanınan “qanuni oğru” Nadir Səlifova sui-qəsdə günahlandırılaraq həbs edilən dəstə haqda yeni sensasion xəbər yayılıb.
Mynews.az musavat.com-a istinadən xəbər verir ki, dəstə üzvləri Qulinin “onların mənə sui-qəsdə əli ola bilməsi polisin uydurmasıdır” dedikdən sonra azadlığa buraxılıb.
Yada salaq ki, 22 illik həbsxana həyatından sonra Qaradağ rayon məhkəməsinin qərarı ilə azadlığa buraxılmış Nadir Səlifova qarşı sui-qəsd cəhdi noyabrın 2-dəı yayılıb. İddia olunurdu ki, həmin vaxt killerlər qrupu İstanbulda N. Səlifova qarşı hücum planlaşdırmağa cəhd ediblər. Keçirilən operativ əməliyyat nəticəsində qrup üzvləri İstanbulun Bakırköy rayonunda yerləşən "Ömür AVM" ticarət mərkəzində saxlanılıblar.
Sui-qəsdə cəhdə görə həbs edilənlər sırasında Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev, eləcə də Hacı Beyləqanski ləqəbli kriminal avtoritet Hacıbaba Talıbxanlı da olub.
Yanvar ayında isə gözlənilmədən Namiq Canıyev və digərləri İstanbul məhkəməsinin qərarı ilə azadlığa buraxılıblar.
Rusiya KİV-i yazır ki, Nadir Səlifov özünü bu işdə zərərçəkmiş hesab etmədikdən sonra həbs edilənlər azadlığa buraxılıblar. İddia olunur ki, Qulinin adamları sui-qəsdin maliyyəsini təşkil edən Lənkəranskinin yaxın qohumu (yeznəsi) Zaur Əhmədovla haqq-hesab çəkmək istəyir.
Məlumdur ki, Moskvada yerləşən “Fud Siti” adlanan böyük bazar Lənkəranskinin qohumlarının nəzarətindədir. Daha dəqiq desək, hazırda bazarı Zaur Əhmədov və əslən Şəmkirdən olan Məhərrəm adlı şəxs idarə edir. Rusiya KİV-i iddia edir ki, “Fud Siti”dəki ofislərində məskunlaşan Zaur Qulidən ehtiyat etdiyi üçün xeyli müddətdir ki, çoxsaylı mühafizəçilərlə gəzir.
Rusiya mətbuatı iddia edir ki, Quli azərbaycanlı kriminal avtoritet Əli Heydərovla bağlı mövqeyində də dəyişiklik etməyib. Belə ki, Quli Ə.Heydərovu “qanuni oğru” kimi tanımır. Məlum olduğu kimi, Əli Heydərov (kriminal aləmdə Albert Rıjiy və Albert Gəncəli kimi tanınır) 7 il müddətinə azadlıqdan məhrum edilib.
2014-cü ildə isə “Albert Rıjıy”a sui-qəsdlə bağlı Sankt-Peterburqda keçirilən məhkəmədə əsas sifarişçi kimi Qulinin adını hallanırdı.
Albert Rıjıy “sxodka” keçirdi və bu qətlinin sifarişçisi kimi Qulinin adının hallandırılması geniş müzakirəyə səbəb oldu. “Sxodka”da iştirak edən Aleksey Qudına (Lexa İrkutski) iddia edib ki, sui-qəsd məsələsini Albert Rıjıy özü polisdəki adamlarının dəstəyi ilə quraşdırıb.
Məhkəmədə hakim sui-qəsd cəhdinin kimlər tərəfindənsə təşkil olunduğuna və hazırlandığına dair ittihamın əsassız olduğu qənaətinə gəlib.
Muzdlu qatillər hesab edilənlər isə bəraət alıb. Quli isə bu məsələnin üstündən keçmir və Rusiya mətbuatı iddia edir ki, “qanuni oğru” mövqeyini Albert Rıjıy ilə üzbəüz söhbət edənədək dəyişməyəcəyini bildirib.
Albert Rıjıy kimi tanınan Əli Müseyib oğlu Heydərov 1981-ci il fevral ayının 2-də Gəncədə anadan olub. Ə.Heydərov “qanuni oğru” adını 2012-ci ildə Sankt-Peterburqda menqrel kriminal avtoritetlər Merab Mzarelua və Kardava qardaşları tərəfindən alıb. (musavat)