Həbsxanada anaları ilə birgə cəza çəkən azyaşlıları nə gözləyir? Rəsmi açıqlama

850
Həbsxanada anaları ilə birgə cəza çəkən azyaşlıları nə gözləyir? Rəsmi açıqlama

Bu gün ölkəmizdə xeyli sayda qadın cəzaçəkmə müəssiələrində müxtəlif səbəblərdən cinayət etdiklərinə görə məhkum həyatı yaşayırlar. Qanunvericiliyə görə, uşağı olan məhkum qadınlara övladlarını orada saxlamağa şərait yaradılır. Bəs hazırda cəzaçəkmə müəssiələrində belə uşaqlar varmı?

Mynews.az xəbər verir ki, məsələ ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Mehman Sadıqov sonxeber.az-a açıqlamasında cəzaçəkmə müəssisələrində belə uşaqların saxlanıldığını deyib.

Onun sözlərinə görə, hazırda övladı olan məhkum qadınların uşaqları öz anaları ilə cəzaçəkmə müəssisəsində saxlanılır. Qadın məhkum olunduğu müddətdə ana olarsa və ya cəza törətdiyi müddətdə onun 3 yaşına kimi uşağı olarsa, ona övladı ilə birgə həbsxanada cəza çəkməsinə şərait yaradılır.. Belə məhkumların və uşaqlarının sayı açıqlanmasa da, valideyni ilə məhkumluq həyatı yaşayan azyaşlılar var.

Qüvvədə olan qanunvericiliyə əsasən, məhkum qadınların azyaşlı uşaqları olduqda məhkum qadınlarla saxlanıla bilər. Onlar üçün müvafiq şərait yaradılır.

Onun sözlərinə görə, uşağın 3 yaşı tamam olandan sonra onların yaxınları varsa himayəçiliyə, yoxdursa uşaq evlərinə verilir.

Məhkumluq həyatı yaşayan və bu müddətdə ana olan qadınlara öz övladlarını böyütmək üçün şərait yaradılır. Onun sözlərinə görə, onların bu hüquqları qanunla tənzimlənir. Məhkum yeni dünyaya gəlmiş övladı ilə 3 yaşına kimi qala bilər. Qanuncvericiliyə uyğun olaraq həmin uşaqların yaxın qohumlarının onları cəzaçəkmə müəssiələrində gəlib uşaqlarına baş çəkməyə şərait yaradılır.

Mehman Sadıqovun sözlərinə görə, qanun qoyduğu yaş həddi bitəndən sonra məhkumluq həyatı yaşayan qadınların övladının 3 yaşı tamam olanda uşaqlar onlardan alınaraq himayəçiyə verilir.Belə ki, qanunla həmin uşaqlar himayəçiyə verilir. Bu himayəçi məhkumun həyat yoldaşı, valideynləri və ya digər qohumu ola bilər.

Xəbər lenti