Düşük təhlükəsi olan, 27-28-ci həftəsində bətnindəki körpələrin çəkisi az olduğuna görə Respublika Müalicəvi Diaqnostika Mərkəzində stasionar şəraitdə müalicə alması təmin edilib və gələcək ana üzərində profilaktik müayinələr aparılıb. Bundan sonra bətndəki dölün inkişafı 31 həftəsinə qədər çatdırılıb və çəkiləri artandan sonra ana əməliyyata götürülüb.
Mynews.az bildirir ki, Mərkəzdən Azərtac-a verilən məlumata görə, mama-ginekoloq Aleksandr Barsukov bu barədə deyib: "Dölün ürək döyüntülərində problemlər olduğuna görə ananı təcili əməliyyata götürdük. Doğularkən uşaqlardan biri 1,25, o birisi isə 1,3 kiloqram olub. Körpələrdən biri süni ventilyasiya aparatına qoşulub və uzun müddət tənəffüs hərəkətlərinin dayanması müşahidə edildiyinə görə lazımi apnoe profilaktikası aparılıb".
Neonatoloq-pediatr Təzibə Mirzəliyeva bildirib ki, bir neçə risk faktoru olan anadan dünyaya gətirdiyi əkiz körpələr mərkəzin neonatoloji komandasının birgə əməyi sayəsində zəruri müayinələrdən keçib, çəkiləri 1,85-1,9 kiloqrama çatdırılıb, ana və onun əkiz körpələri tam sağlam və gümrah vəziyyətdə evə yola salınıblar.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub