Azərbaycanlı transseksual Türkiyədə amansızcasına qətlə yetirilib.
Mynews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Kristina” ləqəbli transseksual Ramil Əliyev dünən gecə İstanbulun məşhur Bəyoğlu səmtindəki otellərdən birində ölü tapılıb.
Məlumata görə, hadisə o, iranlı Aşkan Kazemi ilə otelə gəldikdən biraz sonra baş verib. Oteldən həyəcanlı şəkildə ayrılan iranlı turist taksiyə əyləşərək oradan uzaqlaşıb.
Hadisə barədə polisə məlumat verildikdən sonra cinayətkarın axtarışları aparılıb. A.Kazemi Bursada yaxalanaraq İstanbula gətirilib. O, ilkin ifadəsində bildirib ki, intim əlaqə üçün razılaşdığı şəxsin qadın olmadığını görüb və ondan oteldən getməsini istəyib. "Kristina” isə pul almaq üçün israr edincə mübahisə düşüb və onu qətlə yetirib.
Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub