128 dəfə radara düşən sürücü nəhayət saxlanılıb.
Mynews.az xezerxeber.az bildirir ki, həmin sürücü Sumqayıt sakini Şahmar Mustafayevdir. Onu bir neçə gün əvvəl paytaxtın Səbail rayon dövlət yol polisi əməkdaşları saxlayıblar. Şahmar Mustafayevə bildirilib ki, ödənilməmiş cərimələri var buna görə avtomobili müvəqqəti duracağa aparılıb.
Sürücü iddia edir ki, ona elektron qaydada 15 min 300 manatlıq cərimə protokolları yazılıb və ona bu cərimələrlə bağlı heç bir məktub gəlməyib. Şahmar Mustafayev onu da bildirir ki, müvəqqəti etibarnamə ilə idarə etdiyi avtomobil qohumunun adınadır, hətta onun da ünvanına məktub gəlməyib. O, həmçinin bu protokolların çoxunda şəkillərin eyni olduğunu da iddia edir.
Sürücü məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edib. İdarədə araşdırma aparılarkən ona bildiriblər ki, 128 dəfə radara düşüb və bunun çoxu da Bakı-Sumqayıt yolunda qeydə alınıb.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirdi ki, sürücü cərimə məbləğini şişirdib. Ona 15 min 300 manat yox, 1570 manat cərimə yazılıb. Şahmar Mustafayev cəriməsinin 690 manatını müxtəlif vaxtlarda ödəyib. Qalan 880 manat borca görə, sürücü yol polisi tərəfindən saxlanılıb. Qaldı ki, sürücünün bəzi şəkillərdə avtomobilinin olmaması iddiasına, o, istənilən vaxt Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edib məsələni araşdıra bilər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub